Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistanın "nazı" ilə çox oynayırıq, anti-terror əməliyyatı başlamalıdır"

"Ermənistanın "nazı" ilə çox oynayırıq, anti-terror əməliyyatı başlamalıdır"


17-06-2023, 08:42
"Ermənistanın "nazı" ilə çox oynayırıq, anti-terror əməliyyatı başlamalıdır"
İki gün əvvəl Azərbaycanın Laçın rayonu ərazisində Laçın Sərhəd Buraxılış məntəqəsi erməni silalı qüvvələri tərəfindən atəşə tutuldu. Bu təxribat nəticəsindəorudumuzun giziri Elşən Rüstəmov güllə yarası xəsarətləri aldı.
Daha sonra düşmən silahı qüvvələri Füzulidə, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini atəşə tutdu. Görünən odur ki, Ermənistan bir tərəfdən sülh danışıqları həyata keçirirmiş kimi göründüyü və Azərbaycanın ərazi bütövlyünü qəbul etdiyini dediyi halda, digər tərfədən sülh danışıqlarının baş tutmaması üçün müxtəlif təxribatlara əl atır.

DİA.AZ-ın məlumatına görə, “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, getdikcə ermənilərin təxribatları artacaq. Ermənistan tərəfi sülh müqaviləsi istiqamətində Azərbaycan tərəfin uğurlu gedişlərini, uğurlu addımlarını nə həzm edə bilmir, nə də bununla barışmaq fikrində deyil. Çünki sülh müqaviləsi əldə olunarkən, onların Qarabağa olan iddialarının tamamilə üstündən xətt çəkiləcək, ona görə də baş verən təxribatların heç birinə təəccüblənmədik. Əslində təəccüblənmək də lazım deyil bu gözləniləndir. Daha öncə də qeyd etmişdim ki, sülh müqaviləsi əldə olunana qədər Azərbaycan tərəfi ayıq-sayıq olmalıdır.

“Dəmir yumruq” hər zaman endirilmək üçün hazır olmalıdır”-deyən şərhçi hesab edir ki, blə təxribatlar artdıqca, erməni tərəfi ikinci “dəmir yumruğu” başında hiss edəcək.

“Axırıncı Aşırım” filmində Qəmlonun Kərbəlayı İsmayıla yəni dediyi məşhur bir fikir var. Deyir ki, “Abbasqulu bəyin nazı ilə çox oynayırıq Kərbəlayı”… Düşünürəm ki, burada Abbasqulu bəy sözünü Ermənistan sözü ilə əvəzləmək lazımdır. Ermənistanın nazı ilə çox oynayırıq və bu naz oynama mərhələsinə son qoyulmalıdır. Azərbaycan anti-terror əməliyyatına mütləq şəkildə başlamalıdır. Çünki bunların həyasızlığı getdikcə artmaqdadır. Elə zənn edirlər ki, bununla sülh müqaviləsi bir az ləngiyəcək”-deyən Abbaslı hesab edir ki, Ermənistan buna nail ola bilməyəcək. Bu kimi təxribatların qarşısını Azərbaycan hərbçiləri bundan sonra da alacaqlar.

“Növbəti şəhid xəbərlərini eşitməmək üçün bu məsələnin kökündən həll edilməsi zamanı artıq çoxdan keçib. Diqqət edirsinizsə, son günlərdə bu təxribatlar artıb. Bu təxribatlar Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərlərindən sonra daha çox olur. Çünki Ermənistan və onun havadarları Ərdoğanın bu açıqlamalarını həzm edə bilmirlər. Zəngəzur dəhlizinin açılması istiqamətində verdiyi açıqlamaları həzm edə bilmirlər. Şuşada Türkiyənin konsulluq açacağı ilə bağlı verdiyi açıqlamaları həzm edə bilmirlər”-deyən şərhçi əlavə edib ki, Azərbaycan tərəfi bundan sonra da öz uğurlu addımlarını atmaqda davam edəcək.

Geri qayıt