Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan bundan yararlanır..."

"Ermənistan bundan yararlanır..."


26-06-2023, 00:29
"Ermənistan bundan yararlanır..."
“Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarmayan, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hazırda prosesə maneçilik törədən Ermənistanın Azərbaycanı nifrət və düşmənçilikdə təqsirləndirməsini qətiyyətlə pisləyirik”.

DİAAZ bildirirki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

Bildirilib ki, Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar
“Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir.

Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Ermənistan tərəfi ona təzyiqlərin olmadığını gördüyü üçün istədiyini edir:

"Yəni ABŞ, Aİ onlara təzyiq etmirlər. Bu dəqiqə İrəvandakı hakimiyyət sırf Qərbin reaksiyasına arxalanır. Görünən odur ki, Qərb təzyiq etmir, hətta ermənipərəst mövqe sərgiləyir. Ona görə də Ermənistan azğınlaşır. Əslində onlar obyektiv yanaşma istəyirlərsə, məsələyə hərtərəfli baxılmalıdır. Yəni beynəlxalq təşkilatlar ermənilər tərəfindən Azərbaycan postuna olan hücumu pisləməliydi. Lakin biz bunu eşitmədik və heç bir reaksiya yoxdur. Ermənistan da bundan yararlanaraq öz siyasətini davam etdirir".

Geri qayıt