Əsas Səhifə > Partiya, Güney Press > Deputat Sevinc Hüseynova kimin qohumudur?
Deputat Sevinc Hüseynova kimin qohumudur?27-06-2023, 06:39 |
Sizə kimdən deyək, kimdən danışaq, Gədəbəyin deputatı, özü Slavyanka kəndindən olan Sevinc Hüseynovadan... Təsəvvür edin ki, xanım deputat Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Yəni Rusiyada tarix təhsili alıb, 90-cə illərdən isə müxtəlif vəzifələrdə işləyib: gah torpaq komitəsində, gah idman idarəsində, gah yerli icra hakimiyyətində. Yəni bir gün də olsun vəzifəsiz qalmayıb. Bioqrafiyasında yazılıb ki, tarix üzrə fəlsəfə doktorudur, ingilis və rus dillərini bilir. Allah qoymasa, həm də parlamentdə Sosial Siyasət Komitəsinin üzvüdür. Bütün bu xarakteristika ilə onun Milli Məclisdə Söyüdlü hadisələri ilə bağlı çıxışını müqayisə edəndə adamın gözləri hədəqəsinə çıxır; sanki 2-ci sinif uşağı danışır. Əvvəla, həmin kadrları izləyənlər şahiddir ki, spiker Sahibə Qafarova həmkarını heç tanımır. Sevinc Hüseynova çıxış üçün söz istəyəndə, spiker "Siz Gədəbəyin deputatısınız?" deyə parlamentin üzvünə reaksiya verir. Ya Qafarova onu həqiqətən tanımır, ya da istehza ilə bu ritorik sualı verir. Bir növ ələ salmış da olur. Yeri gəlmişkən, Sevinc Hüseynova demək olar ki, Milli Məclisin iclaslarına getmir. Deputat Gədəbəydən gec-gec gəlir şəhərə. Hətta bir dəfə müsahibəsində demişdi ki, sadəcə jurnalistlər ona müraciət etmirlər, guya danışmağa həvəslidir. İndisə keçid edək tarix üzrə fəlsəfə doktorunun parlamentdə Söyüdlü hadisələri haqda "tarixi" çıxışına. Videonu izləyənlər görə bilər ki, Sevinc Hüseynova iki cümləni düzüb-qoşub danışa bilmir. Hərçənd gədəbəylilər savadlı olurlar, hətta ali təhsili olmayan bir Gədəbəy insanı alimdən zəif danışmır. Elə Söyüdlü kəndinin camaatı da jurnalistlərə dərdini danışanda onların necə savadlı, səlist çıxış etdiyini görmək olar. Və Slavyankadan çıxmış bir fəlsəfə doktoru olan deputat Söyüdlü problemi barədə danışa bilmir, dili topuq vurur, cümlələrin başı ilə ayağı bilinmir, özü də çaşıb rəzil vəziyyətə düşür, axırda vərəqdəki cızma-qaranə oxumağa başlayır. Ən dəhşətlisi odur ki, xanım deputat heç vərəqdən hazır mətni də düz-əməlli oxuya bilmir. Həmin çıxışı sözlərlə ifadə etmək mümkün deyil, sadəcə o kadrlara baxmaq lazımdır: cümlələrdə rabitəsizlik, məntiqsizlik, "erməni budaq cümləsi", hər sözü səhv edə-edə, nıqqıldaya-nıqqıldaya oxumaq... Elə bil Rusiyada ali təhsil almış, 8 məqalə müəllifi olan, parlament üzvü olan biri deyil, dərsdən "2" alan ikinci sinif uşağı həmin cızma-qaranı oxuyur. Belə deputatlar Gədəbəyin mərd və savadlı camaatı üçün qəbuledilməzdir. Hadisələr vaxtı da Söyüdlüyə getməyən, ümumiyyətlə, heç vaxt seçicilərin dərdinə şərik çıxmayan, onların problemlərini dinləməyən deputatdan Milli Məclisdə belə biabırçı çıxış da gözləmək olardı. Üstəlik, hiss olunurdu ki, zalda oturan həmkarları onun bu darıxdırıcı və yorucu çıxışından dilə gəlmək istəyirlər, nə vaxt qurtaracağını gözləyirlər. Əslində onların ürəyindən keçəni spiker Qafarova dedi: "Sevinc xanım, çıxışınız bitdi?" deyə sual verməklə ona replika atmış oldu. Yəni nə danışdığınızı heç kəs başa düşmədi. Təbii ki, faciədir. Gəbədəy adına, Milli Məclis adına, millət adına. Axı bu deputatları hardan tapıb təyin edirlər? Gədəbəydə yüzlərlə layiqli namizəd tapmaq olar ki, deputat seçilsin. Yəni istənilən bir şəxs öz doğma bölgəsinin problemləri barədə vərəqə baxmadan çıxış edər, Sevinc Hüseynova isə üzdən belə oxuya bilmir. Onu nə üçün deputat təyin ediblər, bəlli deyil. Digər tərəfdən isə MM-də onun kimi onlarla belə deputat tapmaq olar. Onu da deyək ki, bir neçə il əvvəl onun adı doğma qardaşı İman Hüseynova görə bir pul qalmaqalında hallanmışdı. Yeri gəlmişkən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun bundan sonra deputat maaşı almağa mənəvi haqqı olmadığını bildirmişdi: "Deputat hara getsin? Axı onu xalq seçməyib gedib soruşa ki, “Ay xalq, dərdiniz nədir, nə istəyirsiniz, niyə bu dağların başına tökülüşürsünüz? Siçan axtarırsınız, ya dovşan tutmaq istəyirsiniz? Nə etmək istəyirsiniz ki, sizin üzərinizə bu qədər gəlirlər?” O deputat deputat deyil. O da Ramiz Mehdiyevin təyin etdiyi insanlardan biridir, kiminsə dostu, qohumudur, ona görə də nəticəsi belə olacaqdı". Anaxeber.İnfo Geri qayıt |