Əsas Səhifə > Partiya, Güney Press > “Aqil Səmədbəylinin Milli Şura üzvü olduğunu istefasından sonra bilmişəm”

“Aqil Səmədbəylinin Milli Şura üzvü olduğunu istefasından sonra bilmişəm”


5-02-2014, 13:30
“Aqil Səmədbəylinin Milli Şura üzvü olduğunu istefasından sonra bilmişəm”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Əbülfəz Elçibəyin kürəkəni, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəylinin Milli Şuradan istefasına münasibət bildirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında A.Səmədbəylinin Milli Şuranın işində fəal iştirak etmədiyini qeyd edib: “Aqil Səmədbəyli Türkiyədə yaşadığı üçün Milli Şuranın fəaliyyətində iştirak edə bilməyib. O, istefa verdikdən sonra Milli Şuranın üzvü olduğunu bilmişəm. Bu baxımdan Aqil Səmədbəylinin Milli Şurada qalması və getməsi arasında da elə bir fərq olmayıb”.

Geri qayıt