Əsas Səhifə > Partiya, Güney Press > "Zəngəzur dəhlizi bu formatın strateji həlqəsidir"
"Zəngəzur dəhlizi bu formatın strateji həlqəsidir"7-07-2023, 08:24 |
“Dövlət başçısı İlham Əliyevlə görüşdə Azərbaycanın gözləntiləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın diqqətinə çatdılırıb”. DİA.AZ bildirir ki, bunu politoloq Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında Hüseyn Əmir Abdullahiyanın Azərbaycana rəsmi səfərinin mahiyyətini şərh edərkən bildirib. O qeyd edib ki, görüşdə Prezident regionda hazırki siyasi proseslərlə bağlı bəzi önəmli məsələri İranın dövlət rəsmisinin nəzərinə çatdırdığına heç bir şübhə yoxdur: “Hər halda keçirilən ikitərəfli görüşlər buna ümid yaradır. İstər Azərbaycanın dövlət başçısı ilə, istərsə də Türkiyənin xarici işlər naziri ilə keçirilən ikitərəfli görüşlərdə İran tərəfi ilə Zəngəzur dəhlizi məsələsinin də müzakirə olunduğu ehtimal olunur. İran tərəfinin Zəngəzur dəhlizinin açılmasına qeyri-adekvat yanaşması, hətta bu məsələni bir çox hallarda öz təhlükəsizliyinə və milli maraqlarına təhdid olaraq görməsi qəbuledilməzdir, heç bir obyektiv gerçəkliyə əsaslanmır. Şübhəsiz ki, bu məsələ ilə bağlı haqlı gözləntilərimiz və narahatlıqlarımız bir daha İran rəsmisinin diqqətinə çatdırılıb. Regionun inkişafş üçün təklif etdiyimiz "3+3" formatı tərəflər üçün əlverişli imkanlar və geniş geoiqtisadi perspektivlər vəd edir. Zəngəzur dəhlizi isə bu formatın strateji həlqəsidir”. Geri qayıt |