Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyevin partiyasından Cəmil Həsənliyə ağır sözlər...

Rəsul Quliyevin partiyasından Cəmil Həsənliyə ağır sözlər...


8-07-2023, 07:13
Rəsul Quliyevin partiyasından Cəmil Həsənliyə ağır sözlər...
“Bir qədər öncə Cəmil Həsənlinin sarsaq bir yazısı ilə tanış oldum. Yazı müəllifi digər “əsərləri” və “kitabları” kimi, sınıq-sarsaq qələmini əlinə alaraq siyasi partiyalar haqqında nəsə yazmaq istəyib. Amma bu dəfə də fiasko ilə üzləşib”.

DİA.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib. Partiya sədri əlavə edib ki, Cəmil Həsənli “Siyasi partiyalar haqqında” Qanundan çox rahatsızdır:

“Rahatsız olduğu da anlaşılandır. Həsənli 5 min imzanı toplayıb təqdim etməyi “gedər-gəlməzə” bənzədərək öz cılızlığını öz qələmi ilə bir daha etiraf etmiş olub…

2013-cü ildə özünü “prezident elan etmiş” bu ağıl yoxsuluna sual verən də yoxdur ki, 5 min imzanı toplamaq “gedər-gəlməz” yoldursa, qarşıdan gələn Prezident seçkilərində 40 min+ imzanı necə toplayacaqsız?! O zaman sənin və “silahdaşlarının” apardığı siyasi fəaliyyət də “gedər-gəlməz” və nəticəsi olmayan yoldur”.

A.Şakiroğlu hesab edir ki, Cəmil Həsənlinin “yazısı” həm də böyük bir etirafın məhsuludur:

“O etirafın ki, bu gün 5 min imza toplamağın mümkünsüzlüyünü öz yazısı ilə etiraf edən Həsənli həm də onu etiraf edir ki, xalqdan dəstəkləri tükənib, imza dəstəyi ala bilmirlər…

Cəmil Həsənlinin cılız hisslərlə yaşadığını bilirdim, amma bu qədər də təsəvvür etməmişdim. Həsənli o qədər cılızlaşıb, o qədər aşağı enib ki, yazısında bir sıra partiyaların öz fəaliyyətlərinə xitam verməsini xüsusi ironya ilə “özünü buraxanlar” deyə ifadə edir. Unudur ki, 2013-cü ildə bu gün öz fəaliyyətlərinə xitam vermiş partiyalar daxilindən bəziləri məhz onun prezidentliyə namizədliyini müdafiə edənlər olub.

Mahiyyət etibarı ilə Həsənli qarşısındakıları öz aləmində cılızlaşdırmaqla, aşağılamaqla özünün necə cılız və aşağı bir şəxs olduğunu öz yazısında məharətlə obrazlaşdıra bilib.

Heç şübhəsiz ki, bu, Cəmil Həsənlinin nadanlığının göstəricilərindən biridir. Keçmiş müttəfiqlərini aşağılamaqla “böyük” görünməyə çalışan bu ağıl yoxsulu böyük-böyük danışmaq əvəzinə ailəsinə zaman ayırıb - övladının ailə tərbiyyəsi ilə məşğul olmuş olsaydı bəlkə də cəmiyyətə tövhə vermiş olardı”.
Geri qayıt