Əsas Səhifə > Partiya, Güney Press > Eynulla Fətullayev haqqında sensasion DETALLAR

Eynulla Fətullayev haqqında sensasion DETALLAR


10-07-2023, 12:28
Eynulla Fətullayev haqqında sensasion DETALLAR
Eynulla Fətullayev. Heç vaxt bu adamı sevməmişəm. İçimdə həmişə ona qarşı antipatiya olub. Mənə görə, o, şübhəli faəliyyəti ilə daim gündəmdə qalmağı bacaran jurnalistdir. Uzun illər mətbuatda çalışsam da, bu “media kapitanı” ilə heç vaxt canlı ünsiyyətim də olmayıb. Açığı, buna can atmamışam da. Çünki Eynulla daim yaratdığı qalmaqallarla yadımda qalıb, xeyli sual doğuran analitik yazı və açıqlamaları ilə cəmiyyətdə ikrah hissi oyadıb. Digər tərəfdən o, ara-sıra kriminal şəxslərlə fotolarını paylaşır, məxfi və məqsədli məlumatları yaymaqla gündəm yaratmağa çalışır, antiazərbaycançılıq mövqeyi ilə həmişə ictimai qınaq obyektinə tuş gəlir. Bir sözlə, elə bir şərait yaranıb ki, Eynulla Fətullayevin fəaliyyəti dövlətin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Gəlin faktlara istinad edək.

2020-ci ilin sentyabrında müharibə başlayanda Eynulla yazırdı ki, bu savaş Azərbaycan üçün “proval olacaq”. Onun avqust-sentyabr aylarında təqdim etdiyi analitik yazısında vurğulanırdı ki, müharibə başlasa, region xaosda boğulacaq. Sizə bu tezis nəsə demir ki?!

Əlbəttə, bəllidir ki, bu tezislər kimin marağına xidmət edirdi. Putin administrasiyası və Ermənistan ideoloqlarının əsas arqumenti də bu idi. Heç bir müharibədən söhbət belə gedə bilməzdi. Əks təqdirdə ruslar Cənubi Qafqazda cəhənnəm yaşadacaqlarını deyirdilər. Amma nəticə Eynullanın tezisləri ilə uyğun gəlmədi. Regionda nəinki xaos yaranmadı, hətta Azərbaycan 30 ilə yaxın işğalda qalan torpaqlarını azad edərək qələbə qazandı və bölgədə öz sözü olan güclü dövlətə çevrildi.

Rusiyanın tanınmış iş adamı, əslən azərbaycanlı Fərhad Əhmədovun Kremlin adamı olduğunu ölkəmizdə bilməyən yoxdur. Mediada və müəyyən kluarlarda bu iş adamı Moskvanın İvanişvilisi kimi də təqdim edilir. Bəli, rusiyalı oliqarxla Eynullanın dostluğu artıq “dastan”a çevrilib. Sözsüz ki, Fətullayevin Əhmədovla sıx əlaqələri təsadüfi deyil.

Xatirinizdədirsə, İkinci Qarabağ savaşında şimal cəbhə ilə bağlı Əhmədovda olan bəzi neqativ məlumatlar alınaraq ictimailəşdirilmişdi. Buna görə haqqın.az-ın baş redaktoru Baş Prokurorluğa da çağırılmışdı. Bu da dəqiq faktdır ki, həmin görüşə gedəndə tanınmış jurnalist üstündəki mobil telefonunu panikaya düşüb sındırmışdı. Əlbəttə, əsas məqsəd bəlli idi. O, bununla telefonda olan məlumatları gizlətməyə çalışmışdı.

Eynulla Fətullayev mənim gözümdə həm də sifarişli, muzdlu jurnalistdir. O, neçə-neçə ləyaqətli məmura şər ataraq mənfi piarla məşğul olub. Bu məmurların arasında dövlət başçısının etimad göstərdiyi şəxslərdən tutmuş diplomatlara qədər var. Təəssüflər olsun ki, “Eynulla əməliyyatı” hələ də davam edir.

Heç kimə sirr deyil ki, bu gün media cameəsində, müəyyən dairələrdə Fətullayev Azərbaycan məmurlarından yazılanlara və ucuz piara görə də külli miqdarda pul alır. Hətta utanmadan deyir ki, haqqın.az media orqanları arasında ən çox pul qazanan saytdır. Görəsən, “şəffaf” hesabatlar təqdim edən Eynulla kimin gözünə kül üfürür?

Eynulla Fətullayevi şəxsən tanıyanlar da deyir ki, onun məqsədi dövlət maraqları deyil, yalnız öz cibinə xidmət etməkdir.

Fətullayev birmənalı şəkildə ruspərəstdir. Amma xüsusi xidmət orqanlarının tezisləri gələrsə, o, özünü rusofob ideologiyasının sadiq əsgəri kimi də təqdim etməyi bacarır. Nədənsə dünənə qədər rusa sevgisi ilə gözümüzə girən Kremlin Azərbaycandakı “sözçüsü” gözlənilmədən Ukrayna müharibəsində başqa sifətdə təcəlla etdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra antirusiya istiqamətini götürən Eynulla dayanmadan tamam başqa tezislərlə meydana atılır.

Amma etibarlı mənbələrdən əldə etdiyim məlumatlara görə, o, Bakıda rus hərbi attaşesi ilə tez-tez görüşür. Həm də Moskvada olanda Rusiya xüsusi xidmət orqanları ilə sıx təmasları olur. Eynullanın Ukraynaya səfərə getməsinin əsl səbəbləri də bu məlumatlar əsasında araşdırılmalıdır.

Fadil Paşayev,
KONKRET.az

Geri qayıt