Əsas Səhifə > Partiya, Güney Press > "Partiya üzvlərimizə Ədliyyə Nazirliyi adından icra hakimiyyətlərindən, YAP-dan zəng edirlər"
"Partiya üzvlərimizə Ədliyyə Nazirliyi adından icra hakimiyyətlərindən, YAP-dan zəng edirlər"20-07-2023, 15:28 |
“Azərbaycan Demokrat Partiyası 4200 nəfərin siyahısın Ədliyyə Nazirliyinə təqdim edib. Biz üzvlərimizin hər birinə zəmanət veririk. Onlar partiyanın xüsusi iclasında ərizələri alınmaqla, şəxsi işləri hazırlanmaqla təşkilata üzv qəbul ediliblər”. DİA.AZ bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu rəhbəri olduğu partiyanın qeydiyyatı ilə bağlı vəziyyəti şərh edərkən deyib. Sərdar Cəlaloğlunun sözlərinə görə, hazırda onların üzvlərinə də nazirlikdən telefon zəngləri gəlir: “Təəssüf ki bu zəngləri bəzən yerli icra hakimiyyətlərindən edirlər, hətta Yeni Azərbaycan Partiyasından belə partiya üzvlərimizə zəng edib dəqiqləşdirmə aparırlar. Bunun özü qanunsuz bir addımdır və onu da deyim ki, bu cür zənglərdən narahat olub imtina edənlər də olur. Çünki onlar iş yerlərini itirmək istəmirlər. Azərbaycanın mövcud siyasi reallıqları ortadadır. Belə bir vəziyyətdə insanlara zəng edərək partiya üzvü olub-olmamasını soruşmaq təzyiq kimi qəbul edilir. Ancaq məsələn, bir gün əvvəl bizim bir üzvümüz gəldi ki, o partiyadan istefa vermək istəyir, çünki nazirlik ona zəng edib soruşublar, o partiyanın üzvü olmadığını deyib. O, bunu iş yerini itirməməklə əlaqələndirir. Ancaq biz həmin şəxsin ərizəsini yeni aldıq və onu partiyadan yeni kənarlaşdırdıq. Bu isə o deməkdir ki, Ədliyyə Nazirliyi həmin şəxsin partiya üzvü olmasını qanunsuz hesab edə bilməz, yəni yalan hesab edə bilməz. Mən inanıram ki, Azərbaycan Demokrat Partiyası qeydiyyata alınacaq”. Geri qayıt |