Əsas Səhifə > Partiya, Güney Press > “Hazırda AXCP ilə birləşmək heç gündəmə də gələ bilməz”
“Hazırda AXCP ilə birləşmək heç gündəmə də gələ bilməz”8-02-2014, 12:43 |
“KXCP və AXCP-nin birləşməsi məsələsi qarşıdurma və parçalanmalara səbəb ola bilər. Ona görə, bu məsələ indi mümkün deyil”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KCXP) sədri Mirmahmud Mirəlioğlu hazırda Milli Şurada əsas siyasi qurum kimi təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və KXCP-nin birləşməsi məsələsinə münasibət bildirərkən deyib. M. Mirəlioğlu hazırda partiyaların birləşməsini mümkün hesab etmir. O bildirib ki, partiyaların birləşməsi məsələsi ilə bağlı ciddi müzakirələr lazımdır və qarşılıqlı münasibətlər düzəlməlidir: “Hər halda, görünür ki, biz Milli Şurada AXCP ilə əməkdaşlıq edə, bir arada ola bilirik. Amma bu, o anlama gəlmir ki, biz birləşə bilərik. AXCP ilə birləşmək gələcəyin işidir. Hazırda bu mümkün deyil. Heç gündəmə də gələ bilməz. Amma gələcəkdə kimlərsə təşəbbüs göstərərsə, AXCP ilə birləşmək məsələsi gündəmə gələ bilər”. KXCP sədri AXCP ilə birləşməyin mümkünsüzlüyünün bir neçə səbəbi olduğunu qeyd edib: “Hazırda bu məsələnin gündəmə gətirilməsi, qarşıdurmalara gətirib çıxara bilər. Partiyalarda parçalanmalar yarana bilər”. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya bildirib ki, bu məsələ gündəmdə deyil və gündəmdə olmayan məsələyə şərh verməyi doğru saymır. Geri qayıt |