Əsas Səhifə > Partiya, Güney Press > "Qeydiyyatla bağlı müraciətimizin geri qaytarılması bizdə çox təəssüf doğurdu."
"Qeydiyyatla bağlı müraciətimizin geri qaytarılması bizdə çox təəssüf doğurdu."7-08-2023, 09:54 |
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb. DİA.AZ-ın məlumatına görə, partiya sədri "Sherg.az"a açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq müəyyən nöqsanları düzəltmək üçün bir aylıq müddət verilib: "Bunun üzərində işləyirik. Qeydiyyatla bağlı müraciətimizin geri qaytarılması bizdə çox təəssüf doğurdu. Fikrimcə, burada yanaşma metodikası daha fərqli olmalı idi. Çünki 8400-dən artıq üzvün bütün reyestr məlumatlarını təqdim etmişdik. Əsas problemlər bizim reallıqda ortaya çıxır ki, ailədə bir nəfərin telefon nömrəsi verilir. Amma onun dördünü də əsassız saymaq nə dərəcədə doğrudur? Bu, maraqlıdır. Bizdə 1100-dən artıq üzvün sənədinin tamamlanmasına ehtiyac var. Qanunvericiliyə uyğun olaraq bu üzvlərin sənədlərinin tamamlanmasına çalışacağıq. Həmin ərəfədə ciddi işləməliyik. Verilən iradları aradan qaldıracağıq və sənədləri yenidən təqdim edəcəyik". Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. 27 siyasi partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim olunub. Nöqsanlar aşkar olunmuş partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır. Geri qayıt |