Əsas Səhifə > Partiya, Güney Press > Deputat bahalaşmaya belə DƏSTƏK VERDİ

Deputat bahalaşmaya belə DƏSTƏK VERDİ


7-08-2023, 14:43
Deputat bahalaşmaya belə DƏSTƏK VERDİ
"Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırlıbsa, çox yaxşı olub. Qoy artsın".

DİA.AZz Azxeber-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

O əlavə edib: "İnsanların siqaretdən çəkinməsi çox vacibdir. Çünki bu həm insanın özünə, həm də ətrafında olan insanlara həddindən artıq böyük ziyan vurur. Bu ziyanın nəticələrini də görürük”.

T. Rzayevin sözlərinə görə, pandemiya dövründə vəfat edən insanların əksəriyyətinin ölümünə səbəb məhz spirtli içkilər və siqaretə aludəçilik olub:

"Bu insanlar xəstəliklər qarşısında qoruna bilməyib, həyatlarını itirdilər. Bu gün Azərbaycanda nəinki kişilər, bəzi qadınlarımız da siqaret çəkməyə başlayıb. Başqa ölkələrdə qadınların, uşaqların siqaret çəkmələri kütləvi hal alıb. Artıq Azərbaycanda da siqaret çəkən qadınlar çoxalıb. Bunu düzgün hesab etmirəm”.

Tahir Rzayev qeyd edib ki, tütün məhsullarına, spirtli içkilərə əlçatanlıq olmamalıdır:

"İstərdim ki, spirtli içkilərin də, insanın psixologiyasına, səhhətinə təsir edən məhsulların qiyməti bahalaşsın. Əksər ölkələrdə bu məhsulların qiyməti çox bahadır. Hətta bəzi ölkələrdə siqaretə qadağalar qoyulur. Bu qadağa insanların səhhəti üçün tətbiq olunur”.


Geri qayıt