Əsas Səhifə > Partiya, Güney Press > "Məktubda partiya üzvlərinin anket məlumatları ilə bağlı bir sıra qüsurlar göstərilib"
"Məktubda partiya üzvlərinin anket məlumatları ilə bağlı bir sıra qüsurlar göstərilib"10-08-2023, 12:14 |
“Siyasi Partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra Ədliyyə Nazirliyi yenidən qeydiyyatdan keçmək istəyən bütün siyasi partiyalara mənfi cavab verir. DİA.AZ xəbər verir ki, nazirlik siyahısını geri qaytardığı partiyalardan biri də Azərbaycanın ilk siyasi təşkilatlarından olan Ana Vətən Partiyasıdır. Gununsesi.info-ya açıqlamasında Fəzail Ağamalı bildirib ki, üzv siyahısı ilə bağlı nazirlik onlara məktub yollayıb: “Məktubda partiya üzvlərinin anket məlumatları ilə bağlı bir sıra qüsurlar göstərilib. Bu o demək deyil ki, partiya qeydiyyatdan keçmədi. Sadəcə olaraq, təklif olunur ki, həmin qüsurlar aradan qaldırılsın və yenidən nazirliyə təqdim edilsin. Bizim partiyada da bunun üzərində iş gedir. Hesab edirəm ki, nəzərdə tutulan zaman kəsiyində biz dəqiqləşdirmələr aparıb hər şeyi yoluna qoyacağıq”. Qeyd edək ki, qanunun tətbiqindən keçən müddət ərzində yalnız Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Geri qayıt |