Əsas Səhifə > Partiya, Güney Press > “Milli Şura üzvləri ilə “El” hərəkatı arasında heç bir problem yoxdur"

“Milli Şura üzvləri ilə “El” hərəkatı arasında heç bir problem yoxdur"


11-02-2014, 12:44
“Milli Şura üzvləri ilə “El” hərəkatı arasında heç bir problem yoxdur"
“Tənqid edirlərsə bu o demək deyil ki, Milli Şuradan baş götürüb getməliyik”. Bu fikri Hafta.az-a açıqlamasında “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O hesab edir ki, hərəkatın sədri Eldar Namazovu tənqid edən VHP Ali Məclisinin sədri Rafiq Manaflı fikirlərində yanlışlıqlara yol verib:

“Milli Şura üzvləri ilə “El” hərəkatı arasında heç bir problem yoxdur. Sadəcə, Rafiq Manaflı Eldar Namazov haqqında mətbuatda bəzi fikirlər söyləyib. Hesab edirəm bu da onun məsələlərə düzgün yanaşmamasından irəli gəlib. Ümumiyyətlə, tənqid bizim normal qəbul etdiyimiz haldır. Bir tənqidlə baş götürüb qaçası deyilik. Hər halda bir-birimizi gərək əsaslı tənqid edək. Mən Milli Şurada qalmağımda iddialıyam və üzvlükdən çıxmağı düşünmürəm”.

Eldəniz Quliyev bildirir ki, Rafiq Manaflı ilə görüşüb məsələni danışacaq:

“Bu məsələdən sonra hələ Rafiq Manaflını görməmişəm. Ancaq gördüyüm zaman bu barədə onunla söhbət edəcəm”.

Geri qayıt