Əsas Səhifə > Partiya, Güney Press > Ədliyyə Nazirliyi Əli İnsanova da “yox” dedi
Ədliyyə Nazirliyi Əli İnsanova da “yox” dedi11-08-2023, 13:10 |
Ədliyyə Nazirliyi daha bir siyasi partiyanın qeydiyyatından imtina edib. DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə bu, sabiq səhiyyə naziri, keçmiş siyasi məhbus Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasıdır. Məlumatda bildirilir ki, nazirlik partiyanın təqdim etdiyi üzv siyahısında təqdim olunan şəxslərin əksəriyyətini saxta hesab edib. Ancaq maraqlıdır ki, partiya bu barədə xəbəri gizli saxlayır. DİA.AZ bildirir ki, Gununsesi.info-nun HƏP rəsmilərinə verdiyi sorğular da cavabsız qalıb. Qeyd edək ki, radikal müxalifət partiyası kimi təsis olunan Haqq və Ədalət Partiyası sonradan mövcud hakimiyyətin siyasi kursunu dəstəkləyib. Geri qayıt |