Əsas Səhifə > Partiya, Güney Press > "Nəyə görə, Qərb özündəki siyasi rejimlərdən Şərqdə də olmasını istəməlidir?"
"Nəyə görə, Qərb özündəki siyasi rejimlərdən Şərqdə də olmasını istəməlidir?"13-08-2023, 07:31 |
DİA.AZ: - “XII əsrdən sonra Qərb Şərqdən çoxsaylı elmi biliklər aldı və öz elm sahələrini yaratmağa başladı. İkinci Dünya müharibəsindən sonra Şərqin beynini sormağa başladı, elm yaratmaq potensialı olan insanları vətənlərindən qopararaq onlara sahib oldu və Bolonya prosesi ilə bu mərhələni rəsmiləşdirdi. Şərqin avtoritar idarəçilik sistemləri isə bu mərhələyə qapılarını açdı”. DİA.AZ-ın xəbərinə görə, bunu professor Xaləddin İbrahimli bildirib. Alim sual verib ki, belə olan halda nəyə görə, Qərb dövlətləri özlərindəki siyasi rejimlərdən Şərqdəki ölkələrdə olmasını istəməlidir? Onun sözlərinə görə, beynəlxalq şirkətlərə baxdıqda, orada işləyənlərin çoxunun Şərq ölkələrindən olduğu ortaya çıxır. Daha sonra toplumun qüsurlarını qeyd edən X. İbrahimli bu sırada daha çox yekəxanalığı, hər şeyi bildiyini düşünməyi, birinci olmaq iddiasını, paxıllığı, ilk məlumata dərhal inanmağı, sonrakını gözardı etməyi, böyük-böyük danışmağı və yaltaqlığı göstərib. Geri qayıt |