Əsas Səhifə > Partiya, Güney Press > "REAL kimi konstruktiv mövqeli rəqib də YAP-ın maraqlarına zərərlidir"

"REAL kimi konstruktiv mövqeli rəqib də YAP-ın maraqlarına zərərlidir"


24-08-2023, 09:29
"REAL kimi konstruktiv mövqeli rəqib də YAP-ın maraqlarına zərərlidir"
DİA.AZ: - “Proporsional seçkiyə keçməyə ölkə rəhbərliyi qərarlıdırsa, onun özünə yaxın olan partiyaların çoxunun davam edən ləğvində məntiq var. Çünki qarşıdakı seçkidə səs daha təmiz sayılsa, belə partiyaların bülletendə yer alması müxalifətin yox, YAP-ın səslərini azaldacaq”.
DİA.AZ xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib.
“Necə? Tutalım hökumətyönlü A, B, C, D, E, F partiyaları var. Onlar seçkidə toplam 60 min səs qazanar. Bu o deməkdir ki, bu partiyalar seçkiyə qatıldığı təqdirdə həmin səslərin hamısını da olmasa, böyük əksəriyyətini YAP itirmiş olacaq, çünki A, B, C, D, E, F-in yoxluğunda onları bəyənən seçicilər YAP-a səs verərdi.
Hökumət yönlü partiyalar son aylarda ağıldakı bu hesabla kütləvi şəkildə qapadılır.
Bu baxımdan REAL kimi konstruktiv mövqeli rəqib də YAP-ın maraqlarına zərərlidir. REAL-ın yoxluğunda bizim seçicilərin çoxu başqasına çətin səs verə. Bu isə YAP-ın mövqeyini gücləndirər.
Hələlik hakimiyyət yönlü mətbuat adımızı 30 ilin qaraguruh müxalifətinə qatmağa çalışır. Davam edən bu fənd sonda ağıllarına çox da batmasa, qeydiyyatımızı ləğv edib seçkiyə buraxmamağa cəhd edəcəklər.
Rəsmi cavab üçün son müddət 15 sentyabrdır”, - İ. Məmmədov qeyd edib.

Geri qayıt