Əsas Səhifə > Partiya, Güney Press > "Müsavat"dan müzakirəli fotoya CAVAB:

"Müsavat"dan müzakirəli fotoya CAVAB:


24-08-2023, 19:02
"Müsavat"dan müzakirəli fotoya CAVAB:
Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası mərhum Prezident, Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi 22 avqust-anım günündə ziyarət edib.

DİA.AZ bildirir ki, Birinci Fəxri Xiyabana ayrı-ayrı vaxtlarda yollanan partiyaların lentə alınan fotoları müzakirə yaradıb.

Sosial şəbəkə istifadəçiləri Müsavat Partiyasından Xiyabana gedənlərin sayının az, AXCP-nin isə üzvlərinin çoxluğunu vurğulayıb.

Bu iki fotonun müzakirəsi feysbukda gündəmdədir. Bəziləri Müsavatın üzvlərinin azaldığını iddia edir.

Bununla yanaşı Partiyanın lideri İsa Qəmbərin Xiyabanda olmaması da diqqətdən yayınmayıb.

"Sherg.az"ın suallarını cavablandıran Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məsələ ilə bağlı bunları söyləyib:

"Bu müzakirə yaradacaq məsələ deyil. Biz nə qədər istəmişik o qədər adam ilə getmişik. Buna görə də müqayisəyə ehtiyac yoxdur. İsa Qəmbərin getməmə səbəbi isə hazırda Bakıda olmamağı ilə əlaqəlidir".

Geri qayıt