Əsas Səhifə > Partiya, Güney Press > Göyçə, Zəngəzur unudulmayıb...

Göyçə, Zəngəzur unudulmayıb...


27-08-2023, 08:58
Göyçə, Zəngəzur unudulmayıb...
26 avqust Azərbaycan tarixinə Laçın günü kimi düşdü...

Şəhər işğaldan tam azad oldu...

2020-ci ilin 8 noyabrına kimi qapqara günlərlə dolu olan təqvimimiz sanki yenidən doğuldu.

Bir millətin təqvimi onun tarixi haqda çox ciddi bilgi verir.

20 yanvar - Qanlı Gecə
26 yanvar - Daşaltı faciəsi
26 fevral - Xocalı genosidi
2 aprel - Kəlbəcərin işğalı
8 May - Şuşanın təslimi
18 May - Laçının süqutu
23 iyul - Ağdamın işğalı
23 avqust - Füzuli və Cəbrayılın təhvili
31 avqust - Qubadlının işğalı
30 oktyabr - Zəngilanın süqutu

Mən hələ Qaradağlı, Malıbəyli, Narışlar və onlarla digər kəndlərin faciəsini sadalamıram.

44 günlük savaş, 2 -ci Qarabağ müharibəsi bizim yeni tariximizi yazdı.

Qara günlərimiz təqvimlərdən silindi. Torpaqlarımız işğaldan azad edildi. İndi hər işğala məruz qalmış şəhərimizin təqvimdə öz günü var - indi o günün rəngi qara deyil, bayrağımızın al qırmızı rəngidir.

Bu rəng şəhidlərimizin qanıdır, bu rəng azadlığın, demokratiyanın simvoludur, bu rəng sevinc, xoşbəxtlik rəmzidir.

26 avqust Laçınımızın günüdür...

Günün mübarək, şəhərim...

Gözün aydın, Azərbaycan...

Ruhun şad olsun, şəhidim...

Möhkəm ol, Əsgərim...

Torpağının hər qarışına sahib çıx, ey Vətən övladları...

Yaşadığımız tarix Miladi tarixidir, İsa peyğəmbərin doğuluşundan hesablanır...

Azərbaycanımız da 8 noyabrda yenidən doğuldu, Şuşalı, Laçınlı, Kəlbəcərli, Ağdamlı, Füzulili, Cəbrayıllı, Zəngilanlı, Hadrutlu Vətənə çevrildi.

Sıra Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəranındır.

Hələ Təbriz, Urmiya, Xoy, Mərənd, Ərdəbil, Meşqin, Qaradağ və s. var.

Dərbənd, Borçalı yolumuzu gözləyir.

Göyçə, Zəngəzur unudulmayıb...

Torpaqların azad olunduğu tarix də yenidən doğulur, təqvimdə başqa günlərdən seçilir.

Bu gün həm də 26 avqustun doğum günüdür.

26 avqust təqvimdə LAÇIN adıyla doğuldu...

Günümüz mübarək...

İqbal Ağazadə
Ümid Partiyasının lideri
DİA.AZ
Geri qayıt