Əsas Səhifə > Partiya, Güney Press > Stop Fransa!!! Toxta Makron!!!
Stop Fransa!!! Toxta Makron!!!30-08-2023, 11:10 |
Fransa bütün gücü ilə Cənubi Qafqazda sabitliyin pozulmasına çalışır. 88-ci illərdə SSRİ rəhbərliyinin oynadığı rolu, bu gün Fransa hökuməti əvəzləyib. Makron Cənubi Qafqaz üçün yeni Qorbaçovdur. Əgər Qorbaçov münaqişə başlayanda hüquqa və həqiqətlərə söykənib qərar vermiş olsaydı, münaqişə alovlanmazdı. Etmədi... Həm SSRİ - nin dağılma planı, həm ermənipərəstlik imkan vermədi. Guya o vaxtkı DQMV - da iqtisadi vəziyyətin ağırlığı bəhanəsilə ərazinin dirçəldilməsi üçün 40 milyon rubl (Bu o dövr üçün çox böyük rəqəm idi) vəsait ayrıldı. Guya Qarabağda yaşayan ermənilər aclıq çəkir... İndi humanitar fəlakət adlı oyuna dövrümüzün Qorbaçovu Makron başçılıq edir. Ona Nobel mükafatı verən olmayacaq, lakin Azərbaycanı yenidən işğalla üz-üzə qoymağa da biz imkan verməyəcəyik. Stop Fransa!!! Toxta Makron!!! Hər kəsi sosial şəbəkədə "Stop Fransa" adlı kütləvi etiraza çağırıram. P. S. Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərə yardım etmək istəyirsinizsə Gürcüstandan birbaşa Azərbaycana keçin, "Qırmızı Körpü" qapısı açıqdır. Yox, bizi yenidən oyuna çəkməkdə israrlısınızsa, haydı, oyunçu aparsın. Bizim uduzmaq şansımız və limitimiz çoxdan bitib!!! İndi milli birlik 44 günlük savaş dönəmindəki qədər vacibdir. Hər kəs milli mövqeyini və həmrəyliyini nümayiş etdirməlidir. Nə pozulan haqq və hüquqlar, nə demokratik cəmiyyət quruculuğu yolundakı problemlər milli birliyə mane olmamalıdır. Kimsə bu bəhanə ilə düşmən dəyirmanına su tökməsin. Haqqımızı isə Fransa və ya bu qəbildən olan kimsə verməyəcək , özümüz əldə edəcəyik. ÖNCƏ QARABAĞ!!! ÖNCƏ VƏTƏN!!! İqbal Ağazadə Ümid Partiyasının lideri DİA.AZ Geri qayıt |