Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda “əzabkeş erməni” obrazına inanan adamın qanından şübhələnməliyik...”
“Azərbaycanda “əzabkeş erməni” obrazına inanan adamın qanından şübhələnməliyik...”31-08-2023, 13:06 |
Görəsən, son təxminən bir aya yaxın zaman kəsimində Ermənistanla sərhədimizdə yaradılmış “humanitar yardım” şousu, son günlər rəsmi Bakının Ağdam yolu ilə Xankəndinə yardım yollamaq cəhdinə cavab olaraq “acından ölən” separatçı, revanşist xislətli haykların qudurğan davranışları və ümumiyyətlə, 1988-1992-ci illərdə torpaqlarımızın işğalına rəvac verən amillərdən biri kimi “əzabkeş erməni xalqı” obrazının bərpasına doğru aparan proseslər necə şərh oluna bilər? İlk baxışdan elə təəssürat yaranır ki, son aylar erməniləri körükləyən əsasən Qərbdir, xüsusən Fransadır. Amma deyəsən, elə 44 günlük savaşımızın sonundan bəri həmin “əzabkeş erməni”obrazının bərpa edilməsinin arxasında duran və altdan-altdan bu prosesi qızışdıran yenə də 3 ilə yaxın müddətdə torpaqlarımızın bir hissəsini separatçı, işğalçı niyyətli hayklara dəstək verməklə faktiki işğal altında saxlayan Rusiyadır... DİA.AZ bildirir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu bunları söyləyib: “Burada məsələ həm tarixi, həm də siyasi baxımdan izah olunmalıdır. Və 44 günlük savaşda olduğu kimi, siyasi iradə diqtə olunmalı və müntəzəm olaraq davam etdirilməlidir. İstər ermənilərin Qərbdə olan havadarları, istərsə də onun arxasında duran Rusiyanın rolu bütün bu məsələlərdə hər kəsə bəllidir. Son baş verənlərlə bağlı da Azərbaycan öz qəti və birmənalı mövqeyini ortaya qoymalıdır; “Mən müstəqil dövlətəm, belə istəyirəm, belə də olmalıdır. Mən sənə diqtə edirəm ki, yalnız Bərdə-Ağdam-Xankəndi yolu ilə ərzaq və digər yüklər daşınmasına icazə verirəm”... Necə olur ki, Rusiya 2020-ci ilin noyabrın 10-dan sonra ərazimizə daxil olanda öz istədiyi yolla torpağımıza soxuldu və istədiyi məkanlarda yerləşdi? Və nəticədə bu gün Xankəndində Azərbaycanın bayrağı yox, iki yad ölkənin: Rusiya və Ermənistanın bayrağı, bir də qondarma qurumun əski parçası dalğalanır... Hələ Fransanın “humanitar yardım” cəhdindən sonra, deyəsən, onun da bayrağını qaldırıblar... Bütün bu baş verənləri nəzərə alaraq biz kimin kimin havadarı olmasından asılı olmayaraq öz torpağımızın sahibi olmalıyıq, bayrağımıza, milətimizə, dövlətimizə, insanımıza, şəhidimizə sahib durmalıyıq...” Partiya sədri hecab edir ki, qondarma “əzabkeş erməni” obrazının bərpası həm də növbəti dəfə bizi aldatmaq və uduzdurmaq cəhdinə xidmət edir. “...“Əzabkeş erməni” obrazını isə kim bərpa edir, qoy getsin etsin. Rəssamları portret çəksinlər, yazıçıları obraz yaratsınlar, siyasətçiləri də nə istəyirlər, etsinlər... Azərbaycanda isə “əzabkeş erməni” obrazına inanan adamın qanından şübhəmiz olmalıdır. Ermənidən əzabkeş olmaz. Ermənidən dost olmaz. Erməni düşməndir. Amma əlbəttə, bu yalançı “əzabkeş”lərin arxasında dünyanın müəyyən hissəsi duracaq, Rusiya da duracaq, Fransa da duracaq. Və əslində bu “əzabkeş erməni” obrazı həm də növbəti dəfə bizi aldatmaq, bizi ürəyi yumşaq etmək, bizi uduzdurmaqdan ötrüdür. Və biz buna inanacağıqsa, elə qəhr olsaq, yaxşıdır”,- deyə istiqlalçı millət vəkili vurğulayıb. Geri qayıt |