Əsas Səhifə > Partiya, Güney Press > Ana Vətən Partiyasına da HƏ cavabı gəldi

Ana Vətən Partiyasına da HƏ cavabı gəldi


6-09-2023, 11:50
Ana Vətən Partiyasına da HƏ cavabı gəldi
Milli Məclisdə təmsil olunan Ana Vətən Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

DİA.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.

Partiyanın sentyabrın 4-də qeydiyyata alındığı bildirilir.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyası (VHP), AĞ Partiyası, Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (MDH) dövlət qeydiyyatına alınıb.

Geri qayıt