Əsas Səhifə > Partiya, Güney Press > “Yeni xəritə ermənilərlə bağlı həqiqətləri üzə çıxarır”
“Yeni xəritə ermənilərlə bağlı həqiqətləri üzə çıxarır”18-09-2023, 14:00 |
Qafqaz Hərbi Dairəsinin Baş Qərargahının hərbi-tarixi şöbəsi Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirilməsini əks etdirən xəritə hazırlayaraq nəşr edib. DİA.AZ-ın məlumatına görə, politoloq Eldar Namazov Reyting.az-a deyib ki, bu xəritə 19-cu əsrin əvvəllərində Cənubi Qafqazın necə olduğunu dəqiq göstərir. E. Namazov qeyd edib ki, xəritədə Gürcü çarlığı və 10 Azərbaycan xanlığı var: “Bütün bu 11 dövlət qurumu üçün hər şey məlumdur: bunların hansı ildə, ayda, hansı gündə, sülh müqaviləsi və ya hərbi zəbtlə Rusiya imperiyasına birləşdirilməsi qeyd olunur". E. Namazov əlavə edib ki, bu xəritədə Ermənistanın dövlət qurumları yoxdur: “Tarix elmi bu barədə heç nə bilmir - hansı erməni dövləti, nə vaxt və necə Rusiya imperiyasının tərkibinə daxil olub. Bu, baş verə bilməzdi. Çünki bu bölgədə son 1500 ildə Ermənistan dövləti olmayıb". E. Namazovun sözlərinə görə, yalnız Cənubi Qafqazın ilhaqından sonra Rusiya imperatorunun fərmanı ilə işğal olunmuş Azərbaycan torpaqlarında süni şəkildə “Erməni bölgəsi” yaradılıb, Türkiyə və İrandan ermənilərin köçürülməsinə başlanıb: “O zaman bu torpaqların əhalisinin 80 faizini təşkil edən azərbaycanlılara qarşı balans yaratmaq naminə bunu ediblər. Bu “geosiyasi mühəndislik” üsulundan istifadə edən Rusiya imperiyası Cənubi Qafqazda özü üçün “erməni forpostu” yaradıb". Qeyd edək ki, E. Namazovun ortaya çıxardığı xəritə və dediyi faktlar həm Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, həm də Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsi konteksində əhəmiyyətli sayıla bilər. Geri qayıt |