Əsas Səhifə > Partiya, Güney Press > "Bu, Azərbaycan üçün çox vacib məsələdir"

"Bu, Azərbaycan üçün çox vacib məsələdir"


21-09-2023, 08:00
"Bu, Azərbaycan üçün çox vacib məsələdir"
"Qarabağdakı silahlı erməni dəstələrinə qarşı keçirilmiş lokal antiterror əməliyyatları çox zəruri addım idi".

DİA.AZ bildirir ki, bunu AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli deyib. Ekspert bildirib ki, dəfələrlə qeyd etmişdim ki, 2023-cü ilin sonuna kimi Xankəndi və ətraf ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək:

"Bu, Azərbaycan üçün çox vacib məsələdir. Çünki proses uzandıqca, ermənilərə güzəşt olduqca, istər-istəməz yeni "status-kvo" yaranırdı. Bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi. Sərhədlərimiz daxilində bütün ərazilərimiz tam nəzarətə götürülməlidir ki, sonrakı mərhələdə Ermənistanın yanında olan, onu müdafə edən güclərə qarşı mübarizəmiz güclü və təsirli olsun. Erməni terrorçuları, separatçı ünsürlər o qədər qudurmuşdular ki, minatanlarla, artilleriya ilə mövqelərimizi atəşə tutur, əsgərlərimizi yaralayır, mülki şəxslərimizi şəhid edirdilər. Bu "cəsarəti" ermənilərə kim verib?! Görünən o idi ki, ikinci Qarabağ müharibəsində ağır məğlubiyyət ermənilərə dərs olmamışdı və onlar növbəti dəfə cəzalandırılmalı idi. Antiterror tədbirlərindən qabaq da yenə eyni ritorika ilə sərsəm açıqlamalar verir, azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığını iddia edirdilər. Ermənistanla, hətta Rusiya ilə olmaq şərtini irəli sürürdülər. Ona görə də quldur və terrorçu yuvası birdəfəlik məhv edilməliydi".

Geri qayıt