Əsas Səhifə > Partiya, Güney Press > "Xankəndidə tərki-silah və təhvil-təslim prosesi uzadılmadan ən qısa müddətdə yekunlaşmalıdır"
"Xankəndidə tərki-silah və təhvil-təslim prosesi uzadılmadan ən qısa müddətdə yekunlaşmalıdır"22-09-2023, 00:14 |
“İşğalçılar ancaq güc yoluyla anlayırlar. Düşmən mövqeyi sərgiləyirlər. Biz güc tətbiq edən kimi hər dəfə güzəştlərə gedirlər. Hansı nəticələrin əldə ediləcəyi bu gün və bundan sonra həyata keçiriləcək görüşlərdən asılıdır. Şərtsiz təslim olmalıdırlar. Paralel olaraq, ən qısa müddətdə silahlı ünsürlər bizim ərazilərimizi tərk etməlidirlər. Həmin ərazilərə Azərbaycan dövləti daxil olmalıdır”. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli danışıb. O, qeyd edib ki, artıq həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanmalıdır. “İndi xəbərlər gedir ki, Xankəndində bunlar yenə əhalini silahlandırırlar. Əgər bütün bunlar baş verirsə, Azərbaycan dərhal hərbi əməliyyata yenidən başlamalıdır. Əməliyyatlar orada sonuncu terrorçu məhv edilənə qədər davam etməlidir. Ama yenə də hər şey Yevlax görüşündən asılıdır. Bəlkə də, onlar yenə uzatmağa çalışacaqlar. Tərki-silah prosesi, təhvil-təslim prosesi qısa müddətdə baş verməlidir. Biz bunun uzanmasına imkan verməməliyik. Əgər yenə bunlar orada qalacaqlarsa, yenə də öz binalarında oturub, “qondarma” bayraqlarını asacaqlarsa və "qondarma" siyasi statuslar altında danışacaqlarsa, bu, yenə də qəbulolunmazdır. Belə çıxır ki, sadəcə bizi aldadırlar. Ya da özümüz özümüzü aldadırıq. Buna qətiyyən yol vermək olmaz. Lokal anti-terror tədbirləri davam etməlidir və birdəfəlik o zəhər yuvasının məhv etmək lazımdır”-deyə Əhəd Məmmədli vurğulayıb. Başqan müavini bildirib ki, bu gün görüşə qondarma bir partiyanın sədri gəlib. “Biz onlara icma deyirik, amma biz onlara icma da deməməliyik, nə icma? Sakinlər… Onlara xüsusi prefensiyalar verilməməlidir. Çünki Azərbaycanda başqa millətlər də var. Buna qətiyyən yol vermək olmaz”-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, son məlumatlara görə, Xankəndində onlar müdafiəyə hazırlaşırlar. Sakinləri Xankəndindən çıxmağa qoymurlar. Onları silahlandırırlar. Bu görüş onlar üçün sadəcə vaxt qazanmaqdırsa, biz özümüz özümüzü aldatmayaq. Və imkan verməyək ki, kimsə bizi aldatsın. Dərhal Xankəndi nəzarətə götürülməlidir. Axırıncı terrorçu orada məhv olmayana qədər, bunlar kiminlə oyun oynamağa cəhd etdiklərini anlamayacaqlar”-deyə politoloq bildirib. Politoloq hesab edir ki, daha bu terrorçulara silahlanmaq üçün 2-3 vaxt vermək lazım deyil. Artıq onların məhv etməyin zamanıdır. “Ya onlar Azərbaycanın şərtlərini qəbul edəcəklər, ya da Azərbaycan anti-terror tədbirlərini davam etməlidir”-deyə politoloq əlavə edib. Geri qayıt |