Əsas Səhifə > Partiya, Güney Press > "Məlumat yoxdursa agent iki yolla müəyyənləşdirilə bilər"

"Məlumat yoxdursa agent iki yolla müəyyənləşdirilə bilər"


18-02-2014, 10:34
"Məlumat yoxdursa agent iki yolla müəyyənləşdirilə bilər"
Jurnalist Xədicə İsmayıl sosial şəbəkədə MTN əməkdaşının ona bir zaman göndərdiyi məktubu yayıb. Söhbət MTN əməkdaşının “Tam məxfi” qrifli hesabat məktubundan gedir. Hafta.az xəbər verir ki, jurnalistin məktubuna sosial şəbəkə vasitəsi ilə reaksiya verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bir sıra arqumentləri sadalayıb:

“Xədicə İsmayıl MTN-nin müxalifətdəki agenti ilə bağlı yazdığı statusu təhrif edib AXCP-yə qarşı fitnəkarlıq edənlərin nəzərinə agentura fəaliyyəti ilə bağlı aşağıdakı zəruri qeydləri çatdırmaq istərdim.

Agentin iki funksiyası var:

1) Rəqib və ya düşmən tərəf daxilində müəyyən olunmuş pozuculuq fəaliyyətlərini həyata keçirmək, qərarların qəbuluna təsir göstərmək.

2) Qarşı tərəfin fəaliyyəti, planları ilə bağlı informasiyaları əldə edib müvafiq qrumlara ötürmək.”


Fuad Qəhrəmanlı bildirir ki, məxfi əməkdaşlığı təsdiq edən sənəd, məlumat yoxdursa agent iki yolla müəyyənləşdirilə bilər:

“1) Şəxsin fəaliyyətinə baxıb nəticə etibarı ilə kimin maraq və mənafelərinə xidmət etdiyini müəyyənləşdirmək olar. Buna misal olaraq müxalifət düşərgəsində müxalifətin birliyini dağıtmaq, seçki vaxtı əldə olunmuş nəticələri təhrif edib iqtidarın səsləndirdiyi rəqəm nəticələri təsdiq etmək, müxalif birlik kimi Milli Şuranı gözdən salma kampaniyası aparmaq və s. fəaliyyətlər müxalif düşərgədə iqtidarın xeyrinə aparılan agentura fəaliyyəti kimi göstərilə bilər.

2) Təşkilati strukturlarda kimlər ki, informasiya qaynağına daha çox can atır, özünə aid olmayan məlumatlara toplamağa cəhd göstərir bu həmin şəxsin fəaliyyətinin məqsədləri ilə bağlı şübhələnmək üçün əsas verir.Bu cür fəaliyyətlər isə ictimaiyyət üçün nəzərə çarpan sayılmır,odur ki, onu təşkilatlar daxilindəki səlahiyyətli şəxslər fəaliyyət prosesində müəyyənləşdirə bilərlər.
Demək bu gün müxalif düşərgədə iqtidarın agentura şəbəkəsini görmək üçün hər kəsin fəaliyyətinə baxıb nəticə çıxara bilərik. Bundan ötrü məxfi təsdiqləyici sənədə ehtiyac yoxdur.”

Qeyd edək ki, Müsavat Partiyasının mətbu orqanı sözügedən məsələ ilə bağlı yayımladığı materialda qeyd edib ki, MTN-in daxili kəşfiyyat idarəsinin rəisinə ünvanlanan məktubda söhbət kimisə “verbovat” eləməkdən gedir. X.İsmayılova həmin adamın adını flomasterlə pozub. Sənəddən belə məlum olur ki, söhbət AXCP-dən olan hansısa müxalifətçidən gedir.

Geri qayıt