Əsas Səhifə > Partiya, Güney Press > "Çox qeyri-ciddi bir qərardır..."

"Çox qeyri-ciddi bir qərardır..."


6-10-2023, 07:54
"Çox qeyri-ciddi bir qərardır..."
DİA.AZ: - "Avropa parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi tövsiyə xarakterli qərarı çox qeyri-ciddi bir qərardır. Və çox ehtimal bununla əlaqədar Avropa ittifaqının rəhbər orqanı Azərbaycana qarşı heç bir ciddi qərar qəbul etməyəcək". DİA.AZ bildirir ki, bu barədə öz açıqlamasında keçmiş Milli Məclis sədri Rəsul Quliyev bildirib.
Mühacir həyatı yaşayan keçmiş spiker daha sonra qeyd edib: "Həqiqətin gözünə düz baxan ölkələrin liderləri Azərbaycanın heç bir kəsi məcburən haradansa qovmadığını yaxşı bilir. Avropa ittifaqının üzvü dövlətlər tarixi vərəqləsələr erməni terroristlərinin 1987-ci ildən bu gün Stepan-Şaumyan adlandırdıqları (Bolşevik Şaumyan onların babalarıda 1918-ci ildə 30 min azərbaycanlını qətlə yetirmişdi) şəhərdə indi olduğu kimi rus silahları ilə silahlanıb 5 ilə yaxın minlərlə azərbaycanlıları qırmış 1 milyondan artıq insanları ev eşiklərindən qovub çıxartmışdılar. Və o adamlar 30 il öz evlərinə qayıda bilməmişdilər. Daha doğrusu hələdə dağıdılmış, torpaqları minalanmış yerlərinə qayıda bilmirlər. Əziz Sivil dünyanın deputatları Azərbaycan minlərlə müxtəlif növlü , tanklar,artileriya qurğuları raketlərlə silahlanmış terorçuları tərk-silah etməməli və gələcək bir neçə ildə yenidən ətrafda yaşayan dinc əhalinin qırılması və torpaqlardan qovulmasını gözləməli idi , məgər bu absurd deyilmi.
Azərbaycan bu boyda silahlı terrorçuları zərərsizləşdirəndə maksimum dinc əhalinin ziyan çəkməsinə,öldürülməsinin qarşısını almağa çalışıb. Hətta ən inkişaf etmişölkələr belə demək olar ki, heç kimə heç nə olmayan bu sayda silahlanmış terrorçunu zərərsizləşdirə bilməzdi.Azərbaycan 2 ildən çoxdur hörmətli ermənilər siz Azərbaycan vətəndaşlarısınız,gəlin posportlarınızı alın və rahat işinizlə məşğul olun,sizə bütün şəraitlər yaradılacaq. Bunun əvəzinə milliyətci terrorist qrupları lazım deyil biz silahlanıb Azərbaycanı buradan çıxaracağıq.
Azərbaycan bu insanların qaçmağının qarşısını ala bilmədi. Çünki onların getməyinin qarşısını alsaydı başqa şüvən quracaqdınız, insanlar getmək istəyir Azərbaycan zorla imkan vermir sanksiya lazımdır.
Siz belə qəhrəmansınızsa gəlin çıxın hələdə qaçqın statusu ilə yaşayan azərbaycanlıların qarşısına və onları bu hala salmış erməni terroristləri,onları Koçaryan və Sərkisyan kimi başçılarını aparıb Haqa tribunalına təhvil verin".
Geri qayıt