Əsas Səhifə > Partiya, Güney Press > Deputatın adından saxta açıqlama yayıldı
Deputatın adından saxta açıqlama yayıldı9-10-2023, 10:02 |
Bugünlərdə TikTok sosial şəbəkəsindəki bəzi səhifələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızının adından Xankəndidə yaşayan ermənilərin pensiya yaşının 55-ə endirilməsi ilə bağlı açıqlama yayılıb. DİA.AZ bildirir ki, Modern.az saytı Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olmayan açıqlamanının Məlahət İbrahimqızı tərəfindən verildiyini dəqiqləşdirməyə çalışıb. Deputat məlumatı təksib edərək deyib: “Doğrusu mənim adımdan uydurulmuş belə bir saxta məlumatı görəndə çox məyus oldum. Bəzi insanlar şər və böhtanlardan necə də zövq alırmışlar... Sözsüz ki, bu uydurulmuş “açıqlama” tamamilə yalandır. Doğrudursa, səsimi də versinlər. Yəni bu dərəcədə yalan xəbəri yaymaqla nə demək istədikləri aydındır. Belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilər, eləcə də onları dəstəkləyənlərin məqsədi ilə tamamilə eynidir. Bu insanlar tapşırıqları xaricdən Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi olan qüvvələrdən alırlar". Geri qayıt |