Əsas Səhifə > Partiya, Güney Press > Əli Həsənov Xankəndidə bayrağımızın ucalmasına BELƏ REAKSİYA VERDİ...
Əli Həsənov Xankəndidə bayrağımızın ucalmasına BELƏ REAKSİYA VERDİ...16-10-2023, 08:53 |
DİA.AZ: - Hal-hazırda bir millət olaraq yaşadıqlarımız haqlı olaraq əksəriyyətə yuxu kimi gəlir. Bəli, bu bir faktdır ki, hakimiyyətə gəlişinin 20-ci ilini qeyd edən Prezident İlham Əliyev bu tarixi anları həm də Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla daha da möhəşəmliyə qərq edib. DİA.AZ bildirir ki, bu arada baş verənlərə reaksiyaları maraqlı olanlardan biri də uzun müddət Prezident komandasının lokomotivlərindən olmuş Prezident Administrasiyasının sabiq şöbə müdiri, Prezidentin keçmiş köməkçisi Əli Həsənovdur. Qeyd edək ki, o da özünün "facebook" səhifəsində yaşadığımız şərəfli günlərə görə, Prezident İlham Əliyevə təşəkkürlə reaksiya verib. DİA.AZ onun açıqlamasını təqdim edir: "Prezident İlham Əliyev bu gün Xankəndidə Milli Bayrağımızı ucaldıb. Bu möhtəşəm sevinci və tarixi qələbəni xalqımıza yaşatdığı üçün Ali Baş Komandanımıza və Milli Ordumuza eşq olsun! Mən fəxr edirəm ki, Ümummilli Liderimiz Heydər Əliyev və Müzəffər Prezident İlham Əliyev kimi böyük şəxsiyyətlərlə eyni siyasi dünyagörüşü paylaşmışam və düz 30 il çiyin-çiyinə fəaliyyət göstərmişəm". Geri qayıt |