Əsas Səhifə > Partiya, Güney Press > “Fəxr edirəm ki, müstəqilliyimizin bərpasında az-çox zəhmətim olub”

“Fəxr edirəm ki, müstəqilliyimizin bərpasında az-çox zəhmətim olub”


19-10-2023, 10:49
“Fəxr edirəm ki, müstəqilliyimizin bərpasında az-çox zəhmətim olub”
“Martın 6-da Referendum keçirildi, SSRİ-nin tərkibində qalmaq və ya çıxmaqla bağlı. 360 deputatdan yalnız 43 nəfər SSRİ-dən çıxmağın lehinə səs verdi. Bu 43 nəfər “İstiqlalçı deputatlar” adlandı. Amma sonra bu deputatların adı “qara siyahıya” salındı. O cümlədən də mənim adım. SSRİ əleyhinə çıxan deputat olaraq. Mən elə bu gün də “qara siyahı”dayam”.
DİA.AZ-ın məlumatına görə, bu sözləri “Sherg.az"a açıqlamasında dilçi alim, professor Firudin Cəlilov 18 oktyabr – Müstəqilliyimizin Bərpası Gününə aparan yolu xatırlayarkən dedi. F.Cəlilov qeyd etdi ki, martın 6-dan oktyabrın 18-dək o zamankı iqtidara təzyiq göstərə-göstərə, nəhayət, Müstəqillik Aktının qəbul edilməsinə nail olublar. “Gecikmələr olsa da müstəqilliyimizi bərpa etdik. Ən əsası da Müstəqillik Aktında “Müstəqilliyini bərpa edən Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, sözləri idi. Müstəqillik Aktının tərtib edilməsində Milli Məclisin o zamankı deputatlarından bir çoxu iştirak edib: “Mərhum Tofiq Qasımov, Hacıbaba Əzimov daha fəal idilər. Mən dövlət atributlarını qəbul edən komissiyanın sədri idim. Komissiyanın qərarı ilə müstəqilliyini bərpa edən suveren Azərbaycanın dövlət atributları kimi Azərbaycan Xalq Cümhuriyyəti zamanında qəbul olunmuş atributlar təsdiq olundu. Həmin üşrəngli bayrağımız, hərçənd milli bayrağımız Naxçıvan Ali Məclisində artıq təsdiq olunmuşdu. Dövlət gerbi, himnimiz, latın qrafikası, Azərbaycan tükcəsinin dövlət dili olması, millətimizin adı... Əlbəttə, bu şanlı bir tarixdir. Və fəxr edirəm ki, müstəqilliyimizin bərpasında mənim də az-çox zəhmətim olub”.

Geri qayıt