Əsas Səhifə > Partiya, Güney Press > "Bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz?"

"Bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz?"


20-10-2023, 08:00
"Bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz?"
“Avropa Birliyi bütün separatçı ermənilər, o cümlədən onların nümayəndələri üçün geniş amnistiya istəyir.

Yəni deyir ki, Gəncəni, Tərtəri bombalayanları, Qarabağda mülki vətəndaşları qətl edənləri, Xocalı soyqırımını törədənləri, 1 milyon insanı 30 il didərgin salanları, 20 min Azərbaycan əsgərini şəhid edənləri, 30-40 min insanı əlil edənləri bağışlayın getsinlər.

Deyirlər ki, dağıdılmış, viran qoyulmuş 8 şəhərinizi, yüzlərlə kəndlərinizi, donuz saxlanılan məscidlərinizi, silinib atılmış yüzlərlə muzey və tarixi abidələrinizi Ermənistan rəhbərliyinin üzünə vurmayın. Nə böyük iş olub ki? Azərbaycanlılar ölüb də, Azərbaycan dağılıb da. Nə olsun ki?”

DİA.AZ xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

“Deyirlər ki, bir milyon mina basdırıb torpaqlarınızda. Eyib etməz, nə olar ki, yüzlərlə vətəndaşınız ölürsə-ölsün. Nə olsun ki?

Bunu demək çox asandır! Amma bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz?

Siz bu humanistliyinizi və insansevərliyinizi 30 ildə nə Azərbaycana, nə də onun vətəndaşlarına göstərdiniz. İnanmırıq sizə!
Qətiyyən. Heç zaman. Heç vaxt! Xalq bunu istəməz və imkan verməz!”,-deyə millət vəkili bildirib.

Geri qayıt