Əsas Səhifə > Partiya, Güney Press > "Aİ-nin məqsədi sülh danışıqlarını regional platformadan çıxarmaqdır"
"Aİ-nin məqsədi sülh danışıqlarını regional platformadan çıxarmaqdır"22-10-2023, 10:08 |
DİA.AZ: - "Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirməyi planlaşdırır və bu addımı “Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdidə cavab” olaraq atdıqlarını bəyan edirlər". DİA.AZ xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. Ekspert qeyd edir ki, Aİ-nin hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmlənməkdir: "Lakin səbəb kimi Rusiyanı göstərməklə Moskvanın İrəvana təzyiqinə zəmin yaratmaq istəməyən Brüssel bu gedişini Azərbaycana qarşı ittihamla “legitimləşdirməyə” çalışır. Digər, xüsusilə cari plana hesablanmış səbəb isə Bakının Fransanın rəhbərlik etdiyi və erməni maraqlarının müdafiə olunduğu Qərb masasına gətirmək, sülh danışıqlarını gündəmdə olan regional platformadan çıxarmaqdır. Və Azərbaycana qarşı “işğalçı” ittihamları üzərindən Bakıya təziq etməyə çalışırlar. Blikenin adından ABŞ mediasında Azərbaycana qarşı irəli sürülən ittihamlarla Aİ-nin müşahidə missiyasını genişləndirmək planını birləşdirən nöqtə də budur. Geri qayıt |