Əsas Səhifə > Partiya, Güney Press > "Sülhməramlıların qalması məsələsi ermənilərin qayıdıb-qayıtmayacağından asılı olacaq...”
"Sülhməramlıların qalması məsələsi ermənilərin qayıdıb-qayıtmayacağından asılı olacaq...”24-10-2023, 10:01 |
Azərbaycan sentyabrın 19-20-də antiterror əməliyyatı keçirdikdən, Qarabağın tam nəzarətə götürülməsindən və erməni əhalisinin ölkədən çıxmasından sonra Rusiya "sülhməramlı"ları öz funksiyalarını itiriblər. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu fikri "Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Kavkazksiy uzel” nəşrinə açıqlamasında ifadə edib Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, “sülhməramlı”ların vəzifələrinə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında ayırıcı qüvvə rolunu oynamaq və humanitar daşımaları müşayiət etmək daxil idi. Eyni zamanda, “sülhməramlı”ların daha konkret və təfərrüatlı mandatı Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməli olan heç bir sazişlə müəyyən edilməmişdir. "İndi regionda yeni reallıqlar üzə çıxıb. Erməni əhalisi Ermənistana köçüb. Artıq sülhməramlıların bu vəzifələrinə ehtiyac artıq qalmayıb. Digər tərəfdən, onların 2025-ci ilə qədər qalması üçtərəfli bəyanatda nəzərdə tutulub. Və beləliklə, onlar formal mövcudluğuna haqq qazandırmaq üçün Azərbaycan tərəfləri ilə razılaşaraq, özləri üçün yeni “məşğuliyyətlər” müəyyən edirlər. Xüsusən, mühafizə postları yaradılır ki, bu da, ehtimal ki, erməni hərbçilərindən müsadirə olunmuş silahların yığıldığı anbarların mühafizəsini nəzərdə tutur. Ola bilsin ki, əvvəllər onların daimi dislokasiya yerlərinin mövcud mühafizəsi qarovul postları kimi rəsmiləşdirilir. Axı istənilən hərbi hissə özünü qarovul xidməti, gözətçilərlə qoruyur. İndi bunlar qarovul postu kimi təqdim olunur. Sülhməramlılar tərəfindən " yol marşrutlarında hərəkət təhlükəsizliyini təmin etmək üçün" yeddi postun yaradılmasına gəlincə, bu həm də sülhməramlıların mövcudluğu üçün "bir növ əsaslandırma" ehtiyacından qaynaqlanır", - deyə şərhçi ehtimal edir. Mehman Əliyevin sözlərinə görə, yeni postların yerləşdirilməsi mövcud təhlükələrlə bağlı deyil. "Formal olaraq yol postlarının fəaliyyətini hələ də qalan azsaylı ermənilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə izah etmək olar. Lakin, çətin ki, nəsə və ya kimsə onları təhdid edə bilər. Azərbaycan təhlükəsizlik qüvvələri mülki şəxsləri təhdid etmir, əksinə, sosial şəbəkələrdəki görüntülərə görə, onlar yardıma ehtiyacı olanlara kömək edir və yardım çatdırırlar”, - analitik qeyd edib. M.Əliyev hesab edir ki, Azərbaycan hərbçilərinin Rusiya "sülhməramlı"larının postlarında olub-olmamasından asılı olmayaraq, kontingentin bütün hərəkətləri Bakı ilə razılaşdırılır. O vurğulayıb ki, Rusiya "sülhməramlı"larının gələcək iştirakı məsələsi erməni əhalisinin qayıdıb-qayıtmayacağından, qayıdışın nə vaxt baş verəcəyindən və bunun nə qədər kütləvi olacağından asılı olacaq. “Buna uyğun olaraq Rusiya sülhməramlılarının yeni vəzifələri müəyyən ediləcək”, - Əliyev belə deyib. O, hesab edir ki, Azərbaycan rəhbərliyi "sülhməramlı"ların Qarabağdan çıxarılmasında israrlı deyil, baxmayaraq ki, bəzi hakimiyyət nümayəndələrinin bunu istəməsi mümkündür. "Hakimiyyət eynicinsli deyil. Sülhməramlıların getməsini istəyənlər də ola bilər. Lakin Azərbaycanın ali siyasi rəhbərliyi, fikrimcə, indiki mərhələdə Rusiya sülhməramlılarının mövcudluğunda ölkənin suverenliyi üçün heç bir problem görmür. Rəsmi Bakı, bir daha deyirəm, erməni əhalisinin qayıdışı və reinteqrasiyası ilə bağlı məsələyə aydınlıq gətirilməsini gözləyir”, - deyə M.Əliyev diqqətə çatdırıb. "Müxalifətin isə qorxusu ondan ibarətdir ki, Rusiya ordusunun mövcudluğu Kreml tərəfindən ölkənin daxili işlərinə qarışmaq üçün istifadə oluna bilər",- Əliyev əlavə edib. "Düşünürəm ki, bu qorxular şişirdilmişdir. 2020-ci ildə Rusiya sülhməramlıları yerləşdiriləndə bunun Kremlə problemi dondurmağa kömək edəcəyi ilə bağlı narahatlıq da var idi. Lakin zamanın və hadisələrin göstərdiyi kimi, Rusiya Azərbaycanın bütün ərazilərdə suverenliyini bərpa etməsinə mane olmadı. Ümumiyyətlə, son illər Moskva Azərbaycanın suverenliyinə xələl gətirəcək heç bir addım atmayıb. Bu, açıq-aydın regionun geosiyasi mənzərəsinin, beynəlxalq münasibətlərdə gedən proseslərin yenidən formatlaşdırılması və iqtisadi tərəfdaşlığın faydaları ilə bağlıdır”, - deyə M.Əliyev vurğulayıb. Geri qayıt |