Əsas Səhifə > Partiya, Güney Press > Deputatdan quru sərhədlərlə bağlı açıqlama:
Deputatdan quru sərhədlərlə bağlı açıqlama:1-11-2023, 09:12 |
“Azərbaycanın Şimal, Cənub və digər sərhədləri ilə quru yolları hələ də bağlıdır. Karantin koronavirus pandemiyası ilə əlaqədar başlandı. Ardınca 44 günlük müharibə, o cümlədən sonrakı dönəmdə Rusiya-Ukrayna müharibəsi quru sərhədlərin bağlı qalma müddətini uzatdı. Bildiyiniz kimi, bizə qonşu olan ölkələr bütün dünyaya açıq olan ölkələrdir. Məsələn, Gürcüstan bütün dünayaya açıqdır. Gürcüstüna gələn qonaqlar rahatlıqla bizə keçə, müəyyən qədər problemlər yarada bilirdilər. Təbii ki, 44 günlük müharibə başa çatıb. Cənab Prezidentin apardığı düzgün siyasət, hərbçilərimizin gücü, şəhidlərimizin qanı hesabına torpaqlarımız alınıb. Amma siyasi mübarizəmiz hələ də başa çatmayıb...” DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanda karantinin ləğv edilməməsi barədə narazılıqlara münasibət bildirərkən deyib. Deputat Dağıstanda baş verənlərə diqqət çəkib: “Dağıstandakı Mahaçqala hava limanında baş verənlər göz önündədir. Oradakı iğtişaş əvvəlcədən düşünülmüşdü, minlərlə insan hava limanına toplaşmışdı, guya təyyardə yəhudi var idi? Gələnlər xəstələr idi. Yəni bəzi şeylərdə ehtiyat etməliyik. Bir sıra ölkələrdə terror törədənlər, hərcmərclik salmaq istəyənlər və hökm sürən qeyri-sabit şərait hələ də bizi məcbur edir ki, sərhədlərimiz bağlı qalsın. Bütün bu məsələlər, əlbəttə, mərhələli şəkildə zamanla həllini tapacaq. Məsələlər stabilləşəndən sonra sərhədlərimiz açıla bilər”. Geri qayıt |