Əsas Səhifə > Partiya, Güney Press > 3 prinsip üzrə razılıq əldə edildi: Sülh mətni belə olacaq...
3 prinsip üzrə razılıq əldə edildi: Sülh mətni belə olacaq...2-11-2023, 09:54 |
Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınmasının müəyyən prinsipləri olmalıdır. Bu, keçmiş sovet respublikası modelinə uyğun şəkildə aparılmalıdır. Çünki bunun əvvəlki illərə və sonrakı subyektiv mülahizələrə dayanaraq aparılması ziddiyyətlərə yol açacaq. DİA.AZ biildirir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Partiya sədrinə görə, keçmiş sovet dövrünün prinsipləri hər iki ölkənin ərazi bütövlüyünün tanınması mənasına gəlir: “Hər hansı bir şəkildə kommunikasiyaların açılması və sair məsələlər razılaşdırılmış mətndə nəzərdə tutulan bütün prinsiplər öz həllini tapmalıdır”. Millət vəkili hesab edir ki, Azərbaycanla Ermənistan arasında konkret olaraq aparılacaq danışıqlarda bu məsələlər ətrafında daha çox dəqiqləşmələr aparılacaq: “İndiki halda prinsip olaraq hər hansı bir şəkildə bu prosesin irəliləməsi üçün tərəflərin addım atmaq niyyəti belə arzuolunandır. Ona görə də, bu təşəbbüslərin dəstəklənməsi lazımdır ki, məsələ öz həllini tapsın”. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin hazırlanması çərçivəsində Azərbaycanla üç prinsipin razılaşdırıldığını bəyan edib. Ərazilərin qarşılıqlı olaraq tanınması, sərhədlərin delimitasiyası və regional kommuniasiyaların qarşılıqlı şəkildə açılması gündəmə gətirilib. Geri qayıt |