Əsas Səhifə > Partiya, Güney Press > Prokurorluq Arif Hacılının oğlunun həbsinə qərar verdi
Prokurorluq Arif Hacılının oğlunun həbsinə qərar verdi2-11-2023, 10:53 |
Yasamal Prokurorluğu Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının həbsinə təqdimat verib. DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli məlumat paylaşıb. Orxan Hacılı məhkəməyə aparılıb. Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. Geri qayıt |