Əsas Səhifə > Partiya, Güney Press > Ermənistan və onların dəstəkçiləri sülhə yox, müharibəyə hazırlaşırlar
Ermənistan və onların dəstəkçiləri sülhə yox, müharibəyə hazırlaşırlar7-11-2023, 08:02 |
Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Kumar bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır: “Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də, ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi. Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycan bölgəyə sülhün gəlməsi üçün ciddi-cəhdlə çalışsa da, Ermənistan və onların dəstəkçiləri sülhə yox, müharibəyə hazırlaşırlar. Deputatın fikrincə, ermənilər davamlı olaraq müxtəlif dövlətlərdən hərbi dəstək alır, təhrik olunurlar: "Cənubi Qafqazla heç bir əlaqəsi olmayan Hindistan kimi ölkələr də Ermənistanın silahlandırılmasında fəal iştirak edir. Gah Ermənistanı silahlandırır, gah da hərbi təlimlərlə bağlı təkliflər irəli sürür. Şühəsiz, belə cəhdlər bölgə üçün ciddi problemlər, təhidlər yaradır. Həmçinin Ermənistanı yeni cinayətlərə təşviq edir. Ermənistan aldığı dəstəkdən ruhlanaraq Azərbaycana qarşı növbəti təxribatlar barədə düşünür. Halbuki Azərbaycan dünya dövlətləri ilə, o cümlədən Hindistanla əlaqələrini qoruyur. Bütün addım və qərarlarında beynəlxalq hüququ nəzərə alır. Lakin Hindistanın erməniləri silahlandırması və məlum bəyanatları Cənubi Qafqazda sülhün yaranması istiqamətində aparılan danışıqlara ciddi zərbə vurur. O baxımdan belə təşəbbüslər qəbuledilməzdir. Hindistan bu məsələdə çox diqqətli olmalıdır". //SHERG.AZ// ŞƏRHİMİZ: Ermənistan və onların dəstəkçiləri sülhə yox, müharibəyə hazırlaşırlar. Bu həqiqətdir. Amma onlar üçün də bir həqiqət var: Azərbaycan və onun müttəfiqləri də yerində saymır... Geri qayıt |