Əsas Səhifə > Partiya, Güney Press > "Onların əksəriyyəti elmin populyarlaşdırılmasını qəbul etmirlər"

"Onların əksəriyyəti elmin populyarlaşdırılmasını qəbul etmirlər"


22-11-2023, 10:47
"Onların əksəriyyəti  elmin populyarlaşdırılmasını qəbul etmirlər"
Mən Elmin populyarlaşdırılmasının vacibliyi barədə 100-lərlə paylaşım etmişəm. Elmin sahələrinin (riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat, sosiologiya, fəlsəfə və s. elmlər) populayrlaşdırılması işi çox zəif gedir. Həmişə mütaliə edən və normal kitabxanası olan şəxslər elm sahələrindən danışmaqda sərbəstdirlər. Azad Mirzəcansadə musiqini, poeziyanı, iqtisadiyyatı, incəsənəti, kimyanı, biologiyanı çox gözəl bilirdi, çünki həmin sahənin adamlarından daha çox oxuyurdu. Fizik, riyaziyyatçı, sosioloq, iqtisadiyyatdan danışanda deyirlər ki, iqtisadçı deyil. 30-40 il bundan əvvəl elmlər indiki qədər populyarlaşmamışdı. İndi alimlər və intellektuallar (əsasən Nobel mükafatı laureatları) fənlərarası elmin inkişafına çox böyük diqqət yetirirlər. Həkim-şair iqtisadiyyatdan danışa bilirsə, fizik iqtisadiyyatdan niyə danışmasın? Neçə ki, elmlərin populyarlaşdırlaması istiqamətində işlər ləng gedəcəksə, biz bir-birimizi biliksizlikdə ittiham etməkdə davam edəcəyik. Ömrü boyu kitab almayan, elmlərlə maraqlanmayan adamlar başqalarını da özləri kimi görürlər. Mən səhifəmdə kitab təqdimatı aparıram. 67 kitab təqdim etmişəm. Kitabxanamdan bütün elm sahələrindən 150 ən maraqlı kitabları seçmişəm. Təqdimatlarda çətinlik yarananda kitabxanamdakı ən məşhur Ensiklopediyalar və lüğətlər köməyimə çatır. Bunların təqdimatını ayrıca aparacam. Düşüncəmə görə biz gənclərə elmin populyarlaşdırılması istiqamətində intensiv mühazirələr oxumalıyıq. Bu, həm onların elmi təsəvvürlərini köklü şəkildə dəyişə bilər, həm də elmi idrakın inkişafına yardımçı olar.
Elmlərin aparıcı paradiqmaları artıq universal xarakter daşıyır. Məsələn, "entropiya", "bifrukasiya", "kollaps", "attraktor", "stratifikasiya", "sinergetika", "infilyasiya", "kritik kütlə" "kvant" və s. anlayışlar yalnız bir elmin çərçivəsinə sığmır, universal anlayışlar funksiyasını yerinə yetirirlər. Dünən çıxışımda söylədiyim "median" anlayışı da bura daxildir. Biz yaşlı nəslin malik olduqları bəzi stereotiplərdən uzaqlaşmalıyıq. Onların əksəriyyəti elmin populyarlaşdırılmasını qəbul etmirlər. Özləri həkim, riyaziyyatçı, kimyaçı ola-ola şeir yazırlar. Lakin fizik iqtisadiyyatdan danışanda bunu qəbahət hesab edirlər. Xətti təfəkkür tərzi özündənrazılıq əlamətini xeyli dərəcədə gücləndirib. Bu çox təhlükəli tendensiyadaır.
ELM VƏ KİTAB KÖMƏYİMİZ OLSUN!

Müəllif: Etibar Əliyev, deputat
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Geri qayıt