Əsas Səhifə > Partiya, Güney Press > "Gələcək üçün də bu partiya ciddi perspektiv vəd edə bilməzdi"

"Gələcək üçün də bu partiya ciddi perspektiv vəd edə bilməzdi"


29-11-2023, 09:01
"Gələcək üçün də bu partiya ciddi perspektiv vəd edə bilməzdi"
Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Ali Məclisinin sədri Zəlimxan Məmmədlini partiyadan qovub. Bu barədə Z.Məmmədli sosial şəbəkə hesabında yaydığı videomüraciətdə bildirib. O bildirib ki, bununla bağlı qərar özünün iştirak etmədiyi İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib.
Z.Məmmədli bildirib ki, son vaxtlar sədr partiyanı nizamnamədənkənar, özü bildiyi kimi idarə edib. “Bu yaxınlarda Rəyasət Heyətini buraxıb, Ali Məclis sədrinin müavinini partiyadan çıxarıb. Bu da zaman-zaman onun və digər üzvlərin ciddi narazlığına səbəb olub. “O qərara gəlib ki, Zəlimxanı sındırmaq lazımdır. Bütün sənədləri paylaşacam... Salam-kəlamı, çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib. Cəsarətlə deyirəm, HƏP-də haqq-ədalət yoxdur, hüquq yoxdur. Bu gün yığışıb desələr adam öldürmək lazımdır, onun da qərarını ala bilər...”
Mənə çox maraqlıdır, Zəlimxan Məmmədlini həmin partiyaya aparan, onun rəhbərliyində təmsil olunmağa hansı perspektiv vadar edib?
Çünki İnsanovla Məmmədli tam fərqli siyasi düşərgələrdə olublar, onları keçmişdə heç nə bir-birinə bağlamayıb. Gələcək üçün də bu partiya ciddi perspektiv vəd edə bilməzdi. Belə acınacaqlı vəziyyətin yaranmasının ən böyük günahkarı elə Zəlimxan Məmmədlinin özüdür. Bəli, zamanında yaxşı vitrin düzəltmək üçün müxalif keçmişli, bənzər reputasiyalı adamlar İnsanova lazım idi. Məqsədinı çatandan sonra İnsanova bir özü və bir də dövlət qeydiyyatına alınan partiyanın möhürü bəs edir. Zəlimxan bəy kimi təcrübəli siyasətçi isə belə istifadə olunmağa imkan verməməliydi.

Müəllif: Məhəmmədəli Qəribli
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Geri qayıt