Əsas Səhifə > Partiya, Güney Press > “Artıq Paşinyan 49 min qaçqın erməni üçün İrəvan ətrafında göydələnlər tikdirir...”
“Artıq Paşinyan 49 min qaçqın erməni üçün İrəvan ətrafında göydələnlər tikdirir...”4-12-2023, 10:57 |
“Hesab edirəm ki, şurtvatslar, yəni Qarabağdan getmiş ermənilər heç vaxt geri qayıtmayacaqlar. Çünki onların qayıtması birbaşa 1988-1989-cu illərdə tarixi Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın Ermənistana qayıtmaları ilə bağlıdır.” Siyasi analitik Tahir Cəfərli bu fikri Moderator.az əməkdaşının “Qarabağdan köçmüş ermənilərin kütləvi şəkildə geri qayıtması ehtimalı varmı?” sualını cavablandırarkən ifadə edib. “Yəni söhbət ondan gedir ki, Qarabağa ermənilərin qayıtmasının qarşısını azərbaycanlıların Ermənistana qayıtması planı alır. Azərbaycan tərəfinin Ermənistana qarşı haqlı iddialarından biri də budur. Bunu Rusiya tərəfi də istəyir. Odur ki, Azərbaycan üçün ən düzgün seçim, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsaslanmaqdır. Ona görə ki, Azərbaycan artıq ABŞ və Avropa İttifaqının təkliflərini qəbul etmir və Ermənistanla sülh müqaviləsinin onların məkanında imzalanmasını müzakirə etmir.... İkincisi də, artıq Paşinyan 49 min qaçqın erməni üçün İrəvan ətrafında göydələnlər tikdirir. Belə olduğu halda hansı başında azca ağıl olan erməni donuz otarmaq üçün Qarabağa qayıdar?.. Şurtvatsların Ermənistanda məskunlaşması Azərbaycanın da siyasi marağındadır, odur ki, bu məsələni hallandırmır”, - deyə davamında analitik bildirib. Geri qayıt |