Əsas Səhifə > Partiya, Güney Press > "Unutmamalıyıq ki, bu hərbi əsirlərin dəyişdirilməsi deyil..."

"Unutmamalıyıq ki, bu hərbi əsirlərin dəyişdirilməsi deyil..."


9-12-2023, 09:50
"Unutmamalıyıq ki, bu hərbi əsirlərin dəyişdirilməsi deyil..."
"Qafqaz kimi mürəkkəb regionda, nə qədər gözlənilməz olsa da artıq sülhün addım səsləri eşidilir".

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib. O qeyd edib ki, qətiyyəti ilə işğala, separatizmə son qoyub Azərbaycanı, tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir:

" Üç il əvvələ qədər “yeni müharibə və yeni torpaqlar” iddiaları ilə lərzəyə gələn bir region, bu gün nəhayət ki, xoş niyyət təzahürlərinə və humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa şahidlik edir. Bu prosesdə ən vacib məqamlardan biri 32 erməni və 2 erməni hərbiçisinin qarşılıqlı olaraq verilməsidir. Bu proseslə bağlı 2 hərbiçiyə qarşı 32 hərbiçinin verilməsinə dair suallara gəlincə, unutmamalıyıq ki, bu hərbi əsirlərin dəyişdirilməsi deyil, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlamasında da ifadə olunduğu kimi, hərbiçilər humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq azad edilir. Burada əsas olan konseptual məqsəd etimad mühiti yaradaraq regionda sülhə nail olmaqdır. Bu mənada manipuliyasiyalara yol verilməməli, prosesə zərər vuran ritorikadan çəkinməliyik".

Geri qayıt