Əsas Səhifə > Partiya, Güney Press > "Azəriqaz" İstehsalat Birliyində keçirilən seçkilərdə bir çox pozuntularla rastlaşdıq”

"Azəriqaz" İstehsalat Birliyində keçirilən seçkilərdə bir çox pozuntularla rastlaşdıq”


23-12-2023, 09:26
"Azəriqaz" İstehsalat Birliyində keçirilən seçkilərdə bir çox pozuntularla  rastlaşdıq”
“Möhtərəm Prezident cənab İlham Əliyev Vətəndaş Cəmiyyətinin və digər qurumların "İctimai İştirakçılıq"haqqında Qanununa əsasən İctimai Şuralara seçkilər keçirilir. Lakin bu seçkilərdə qanun pozuntuları ilə rastlaşırıq. Halbuki dövlət başçısının ictimai nəzarət haqqında önəmli fikirləri var. Dövlət başçısı qeyd edib: “Məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik....".
Bunu Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova öz facebook səhifəsində qeyd edib. O, bildirib ki, "Azəriqaz" İstehsalat Birliyində keçirilən seçkilərdə bir çox pozuntularla rastlaşdıq: “Əvvəla Komissiyaların tərkibində və seçilən İctimai Şuranın tərkibində demək olar ki eyni insanları görürük. Siyahıda olan insanların çoxu qapıdan qaytarıldı, idarənin işçiləri səsvermədə iştirak etdi, səslər yalnız komissiya tərəfindən yuxarıda, heç kimin görə bilmədiyi stolda açılıb, sayıldı. Bəzi bülletenlərdəki adlar səsləndirilmədi, ya da özlərinə uygun olan adlar səsləndirildi. Səsvermədə QHT nümayəndələri deyil, kimlərinsə qohum, tanış, dost və digərləri iştirak etdi. (bu halları digər seçkilərdə də gördük ). Necə olur ki, qutudan çıxan bülletenlərin 70 faizdən çoxu 7 nəfərin adı ilə çıxır. (Keçən 2 ildə fəaliyyət göstərən nümayəndələr, sədr başda olmaqla. Yəqin onlar İdarənin işinə “yarayıblar"). Halbuki QHT sektorunda minlərlə gənc və savadlı kadrlar yetişir.
Mənim və 2 nəfərin 3 adama verdiyi səs bülleteni çıxmadı və ya səslənmədi (şəkilləri var.) Digər 3 nəfərin tək səsi çıxmadı və ya səslənmədi. Komissiya üzvləri səsləri yoxlamaq əvəzinə, insanları aşağılayaraq "Yorulmuşuq, bir də baxmayacağıq”,-deyərək, etirazlara əsəbi reaksiya verdilər.
Bir çox faktları sayıb, sizi yormaq istəməzdim. Amma bu seçkilər ləğv edilməli, Prezidentin sərəncamına uyğun şəkildə keçirilməlidir...”.

Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt