Əsas Səhifə > Partiya, Güney Press > Partiyası İlham Əliyevi dəstəkləyən Rəsul Quliyevin qərarına BELƏ REAKSİYA VERDİ

Partiyası İlham Əliyevi dəstəkləyən Rəsul Quliyevin qərarına BELƏ REAKSİYA VERDİ


26-12-2023, 07:53
Partiyası İlham Əliyevi dəstəkləyən Rəsul Quliyevin qərarına BELƏ REAKSİYA VERDİ
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib.

Bu barədə qərar onun fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında elan olunub.

Rəsul Quliyev partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb. Eks-spikerin müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Məsələ ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebhe.info”ya bildirib ki, Rəsul Quliyevin qurultayda verdiyi qərar bütün Azərbaycan xalqı tərəfindən müdafiə olunur:

“Mövqeyimiz ortadır, qərarımızı vermişik. İlham Əliyev bütöv Azərbaycanın namizədidir. O, uzun illərdir Azərbaycanın dövlət quruculuğunda iştirak etmiş böyük ictimai-siyasi xadimdir.

İlham Əliyevin Azərbaycan dövləti, xalqı və tarixi qarşısında göstərdiyini misilsiz xidmətlər bizi bu qərarı verməyə vadar etdi. Rəsul Quliyev də bununla bağlı qurultaya məktub ünvanladı.

Qurultay da həmin məktuba öz münasibətini bildirdi və Prezident İlham Əliyevin namizədliyini müdafiə etmək barədə qərar verdik. Hesab edirəm ki, doğru və tarixi qərar vermişik. Millətimiz üçün xeyirli-uğurlu olsun”.

Geri qayıt