Əsas Səhifə > Partiya, Güney Press > Mirşahin təmizlik işinə keçdi...
Mirşahin təmizlik işinə keçdi...5-01-2024, 10:00 |
"Səhifəmin hörmətli müsafirləri! Uzun müddətdir ki, fb-dəyəm. Burda gerçək dostlar da, nominal olaraq dost adlananlar da var və onlar yüzlərlədir. Amma-məni düzgün başa düşün-hadisələr göstərir ki, səhifəmdə bura təsadüfən düşənlər, fürsətcillər, sadəcə təqibçilər, yaxın adamlarına yaş sağllğı və başsağlığı göndərənlər, mənasız-mənasız “şeir” cızıb qaralayanlar və s. bu kimi minbir xırdavatçılar daha çoxdur" Moderator.az xəbər verir ki, bu sözləri "Real" Televizyasının direktoru Mirşahin Ağayev öz Facebook səhifəsi ilə bağlı danışarkən bildirib: "Təbii ki, Mir Şahinin səhifəsində onun mövqeyinə şərik olanlar, silahdaşlar, həməqidələr yer almalıdırlar. Yoxsa, əcəb işdir, mənim səhifəmdə həm var ol, amma həm də yox. Dövlətə etinasızlar, vətəndaş kimi gönüqalınlar, laqeydlər, öz düşük zövqünün alaq bəhrələrini nümayiş etdirmək istəyənlər qoy başqa yerdə vitrin axtarsınlar. Mənsə səhifəmdə “Sanitariya ikigünlüyü” elan edirəm: ya buyurub “mənzilimi” özləri tərk etsinlər, ya da mən qovmalı olacam. Mövqeyinizi bildirin. Görüm eyni yolda neçə nəfərik. Yolumuzda və yanımızda olmayanlarla vida zamanı gəlib çatdı! Yalnız bu statusun altına razılıq rəyi yazanlar dostluğumda qalacaqlar! Vaxt getdi.Təşəkkür edirəm!" Geri qayıt |