Əsas Səhifə > Partiya, Güney Press > "Bu seçki, baş verə biləcək təhlükələrdən və təhdidlərdən özümüzü sığortalamaq baxımından önəmlidir"
"Bu seçki, baş verə biləcək təhlükələrdən və təhdidlərdən özümüzü sığortalamaq baxımından önəmlidir"7-01-2024, 19:00 |
Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. 2020-ci il 44 günlük müharibədən sonra hər bir Azərbaycan vətəndaşının yeganə namizədi İlham Əliyev oldu. Bu seçkilərdə onun seçiləcəyi şübhəsizdir. Müharibədə qazanılan qələbə, Azərbaycanın beynəxalq arenada özünə yer etməsi və güclü orduya sahib ola bilməsi, məhz onun sayəsində olmuşdur. Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağ müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında çox mühüm vəzifələr durur. "Biz bir mühim mərhələni keçib, yeni bir önəmli mərhələyə daxil olmuşuq. Bu mərhələ, qələbəmizin daha da gücləndirilməsi mərhələsidir. Biz bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik və eyni zamanda dövlətçiliyimizi daha da möhkəmləndirməliyik. Bu mənada, bu anlamda bugün həm dünyada, həm regionda çox ciddi proseslər gedir. 2024-cü ilin kifayət qədər mürəkkəb və ağır bir il olacağı gözlənilir"-deyən deputatın fikrincə, hazırda belə bir seçkinin keçirilməsi çox önəmlidir. “Bu seçki, zəfər seçkisidir. Bu seçki, həm də bizim qələbəmizin möhkəmləndirilməsi anlamında çox vacibdir. Baş verə biləcək təhlükələrdən və təhdidlərdən özümüzü sığortalamaq baxımından böyük önəm daşıyır. Azərbaycanda həyata keçirilməyə başlanılan islahatların davam etdirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu gün biz ölkə daxilində cənab prezidentin rəhbərliyi ilə ciddi islahatların həyata keçirildiyini görürük. Bu islahatların əsas hədəfi və məqsədi, Azərbaycanın gücləndirilməsidir. Bu addım cənab prezidentin növbəti uzaqgörən düşünülmüş, ölçülmüş, biçilmiş bir addımı kimi qiymətləndirilməlidir. Bu məsələyə bu formada yanaşılmalıdır”-deyə deputat vurğulayıb. O, qeyd edib ki, Azərbaycan hazırda inkişaf edir və güclənməyə davam edir. Deputatın fikrincə, hər bir Azərbaycan vətəndaşı bu inkişafın və bu yüksəlişin bir parçası olmalıdır. Eyni zamanda hər bir azərbaycanlı Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin güclənməsinə, möhkəmlənməsinə də öz töhvələrini verməlidir. Çünki bizim qarşımızda çox mühim vəzifələr var. “Əlbəttə, bugün bu seçkiyə kölgə salmaq cəhdləri də var. Amma bu cəhdlər əbəs yerədir. Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə hər zaman olduğu kimi bu dəfə də nail ola biləcək”-deyə deputat vurğulayıb. Geri qayıt |