Əsas Səhifə > Partiya, Güney Press > Əsas favoritlər Arif Hacılı və Qubad İbadoğludur
Əsas favoritlər Arif Hacılı və Qubad İbadoğludur28-02-2014, 13:31 |
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli partiya başqanlığına namizədlərin partiyadaxili tərəfdarlarından ibarət qruplar yaratmasını təbii proses hesab edir. Q.Hüseynli Trend-ə bildirib ki, başqan olmaq istəyən hər kəs özünə qrup yaratmalıdır, tərəfdar yığmalıdır: "Bu proses bütün partiyalarda belə olur. Tərəfdar toplamasan, kim səni seçəcək?" Q.Hüseynlinin fikrincə, Müsavat Partiyasının başqanlığına namizədlər arasında əsas favoritlər partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Partiya Divanının üzvü Qubad İbadoğludur: "Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli də namizədlikdən imtina etməyib və hətta partiyanın gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı da namizədliyini sürəcəyini söyləyib. Bu istiqamətdə də qızğın iş gedir. Burada sən başına niyə dəstə yığırsan deyə kimisə qınamaq mümkün deyil. Təbii ki, kim daha çox adamın rəğbətini qazanacaqsa, o da başqan seçiləcək". Namizədlərin bir-birini nüfuzdan salma kampaniyasına gəlincə isə Q.Hüseyinli qeyd edib ki, bunu qurşaqdan aşağı zərbə adlandırmaq olar: "Çünki rəqibi nüfuzdan salma kampaniyası demokratik seçkilərdə yolverilməz hesab olunur və pislənilir". Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultay zamanı partiya başqanlığına seçkilərin keçirilməsi nəzərdə tutulur. Hazırki başqan İsa Qəmbər yenidən başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Mətbuatda isə bəzi namizədlərin partiyadaxili qrup yaradaraq öz rəqiblərinə qarşı kampaniya aparmaları barədə məlumatlar yayılıb. Geri qayıt |