Əsas Səhifə > Partiya, Güney Press > “Deyəsən, Fransada cinsi azlığın nümayəndəsi olmayan çox az adamı işə götürürlər”

“Deyəsən, Fransada cinsi azlığın nümayəndəsi olmayan çox az adamı işə götürürlər”


10-01-2024, 15:28
“Deyəsən, Fransada cinsi azlığın nümayəndəsi olmayan çox az adamı işə götürürlər”
“Bunların mənəvi “dəyərləri” bəllidir. İslamofobiyalarının haradan gəldiyi ortaya çıxır. Müsəlman, türk dövlətlərinə qarşı hislərinin, törətdikləri cinayətlərin - hər birinin arxasında mənəvi, əxlaqi pozğunluq dayanır. Vaxtilə Fransanın xarici işlər naziri, Parisin meri - hamısı cinsi azlıqların nümayəndələri idilər. Deyəsən, Fransada cinsi azlığın nümayəndəsi olmayan çox az adamı işə götürürlər. Yeni Baş nazir Qabriel Attal da bariz nümunədir. Attal Avropa parlamentinin üzvü olan həmcinsi ilə ailə qurub. Bu cür “dəyərlər”ə malik insandır. Belə insanlardan biz nə gözləyə bilərik? Bundan artıq heç nə gözləyə bilmərik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın öz yolu, mənəvi dəyərləri, əxlaqı, ailə təbiyəsi, adət-ənənəsi var və bununla da inkişaf edir: “Avropadan yaxşı şeylərlə yanaşı belə pis cəhətlərin ixracı gündəmə gəlir ki, digər milətlərin də həyatının, mənəvi dəyərlərinin korlanmasına xidmət göstərsin. Bunların qarşısı alınmalıdır. Hətta Avropa Şurası dəfələrlə bizdən tələb edir ki, Azərbaycanda cinsi azlıqlarla bağlı qanun qəbul olunsun. Roma Papası eyni cinsdən olanların ailə qurmalarının əleyhinə çıxışlar etməsinə baxmayaraq, ayrı-ayrı dövlətlərdən tələb edirlər ki, bununla bağlı qanunvericilik tətbiq olunsun. Hər kəsi özlərinə oxşatmaq istəyirlər. Bu da mümkün olan məsələ deyil. Çünki hər millətin özünəməxsus xüsusiyyətləri, adət-ənənələri, milli mənsubiyyəti var. Ermənilərlə fransızlar oxşardırlar. Buna görə də lazım olan şeyləri ermənilərə qəbul etdirsinlər, bizdə belə şeylər qəbul edilmir”.

Qeyd: Fransa Prezidenti Emmanuel Makron cinsi azlığın nümayəndəsi olan Qabriel Attalı Bnş nazir təyin edib.


Geri qayıt