Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyadan 20 Yanvara aid cinayət işinin materiallarının qaytarılmasını tələb etmək lazımdır...”

“Rusiyadan 20 Yanvara aid cinayət işinin materiallarının qaytarılmasını tələb etmək lazımdır...”


19-01-2024, 08:10
“Rusiyadan 20 Yanvara aid cinayət işinin materiallarının qaytarılmasını tələb etmək lazımdır...”
Artıq 34-cü ildönümü tamam olan 20 Yanvar qətliamının əsas məsulu SSRİ imperiyası idi, hazırda isə hüquqi baxımdan bu məsuliyyəti həmin imperiyanın xələfi olan Rusiya Federasiyası daşıyır. Yəni indi biz bu faciə ilə bağlı ciddi məsələ qaldırsaq, ilk növbədə Moskva qarşısında da müəyyən tələblər qoymalı, o vaxtdan 100 cildlik istintaq işinin SSRİ prokurorluğunda qalmış 68 cildinin geri qaytarılmasını tələb etməliyik. Ancaq bu gün Azərbaycan dövləti Rusiya ilə, demək olar ki, müttəfiqlik münasibətlərindədir... Bəs görəsən, 20 Yanvarla bağlı bu cür bir ciddi müraciət etsək, Kreml buna necə cavab verər?

İstiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az əməkdaşının mövzu ilə bağlı sualını qısa cavablandırıb:

“Bütün hallarda Rusiya dövlətinə müraciət etmək lazımdır. SSRİ-nin cinayətləri ayrı məsələdir, konkret indiki Rusiyanın etdikləri ayrı... Moskvaya müraciət etmək və 20 Yanvara aid həmin cinayət işinin materiallarının Bakıya qaytarılmasını tələb etmək lazımdır”.

“Yəni 20 Yanvar qətliamına aid cinayət materiallarının xeyli qisminin Moskvada qalması doğrudur?” sualına isə istiqlalçı deputat belə cavab verib:

“Bəli. Cildinin sayını dəqiq bilmirəm. Amma onu bilirəm ki, o zaman – sovet dövründə Moskvaya tabe olduğumuz üçün 20 Yanvar faciəsinin istintaqıyla bağlı materialların xeyli hissəsi oraya göndərildi və 34 ildir orada qalıb, geri almaq mümkün olmayıb... Və Azərbaycan Baş Prokurorluğu da hər dəfə məlumat verir ki, cinayət işinin materialları Moskvaya aparılıb…”

Geri qayıt