Əsas Səhifə > Partiya, Güney Press > “Hökumət istəməsə İsa Qəmbər qalıb işləyəcək”
“Hökumət istəməsə İsa Qəmbər qalıb işləyəcək”3-03-2014, 10:00 |
Müsavat Partiyasında qurultay öncəsi başqanlığa namizədlər bəlli olduqca, onlar arasında rəqabət də şiddətlənir. Namizədlərin çoxluğu partiya daxilində pərakəndəlik yaradacaqmı? Hafta.az-a açıqlamasında suala cavab verən eks spiker ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev bildirir ki, partiyada baş verən hadisələr öncədən hökumət tərəfindən planlaşdırılıb: “Müsavatda başqan seçimi ilə əlaqədar gedə biləcək proseslərin xalq üçün heç bir əhəmiyyəti yoxdur. Gənclərin namizədlikləri olmasa ümumiyyətlə kimin o vəzifəyə keçməsinin nə mənası ola bilər. O partiyada maksimum 30 nəfər aktiv ola biləcək (yəni yuxarı hissəsində) insan var. Onlar parçalansa nə olacaq, bir yerdə olsa nə əhəmiyyəti var. Müsavat Partiyasının daxilində nə baş verəcəyini siz prezident aparatında kimdənsə soruşsaydınız daha dəqiq məlumat ala bilərdiniz. Hökumət istəməsə İsa Qəmbər qalıb işləyəcək. İstəsələr, Arif Hacılı və ya Qubad İbadoğlu yaxud da başqa birisi partiyanın başqanı olacaq. Öz istədiklərini başqan edəcək və finans köməkliyi də göstərəcəklər”. Eks spiker proqnoz verir ki, sadaladıqları baş verməsə partiya dağılacaq: “Əks halda idarələrinin qapısını yaxın vaxtlarda bağlanmalı olacaqlar.Yeganə bu günkü rəhbərlikdə olmayan ,xüsusilə gənclərdən kimsə başqan seçilsə həm müstəqil siyasət apara biləcək, həm də qeyri-hökümət finansı tapacaq. Rəhbəri yuxarıda adları çəkilənlərdən birinin olacağı Müsavat partiyasını hökümətdən başqa kim finans edə bilər? Heç kim, nə daxildən nə də xaricdən.” Geri qayıt |