Əsas Səhifə > Partiya, Güney Press > "Seçkilərə getməmək həmin seçkilərin taleyini başqalarının ixtiyarına buraxmaq deməkdir...”

"Seçkilərə getməmək həmin seçkilərin taleyini başqalarının ixtiyarına buraxmaq deməkdir...”


22-01-2024, 14:10
"Seçkilərə getməmək həmin seçkilərin taleyini başqalarının ixtiyarına buraxmaq deməkdir...”
“1988-ci ildən bu günədək keçdiyimiz müstəqil Azərbaycan dövlətçiliyinin bərpası və inkişafı yolunda ən birinci mərhələ Azərbaycanın dövlət müstəqilliyini əldə etmək idi. İkinci mərhələ Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa edilməsi oldu. Üçüncü mərhələ isə, fikrimcə, böyük, güclü və demokratik Azərbaycan dövlətinin bərqərar edilməsi olmalıdır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib

Siyasətçi 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsinə də münasibət bildirib:

“Ölkə başçısı tərəfindən növbədənkənar Prezident seçkilərinin nəyə görə keçirilməsinə izahat verildi. Bildirildi ki, bu, əsasən Azərbaycanın yeni dövrə keçidi ilə bağlıdır. Milli ideyanın bir mərhələsi, yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası mərhələsi başa çatıb. İndi yeni bir dövr başlayır. Və həmin dövrdə də hər şeyi yenidən başlamaq lazımdır. Bu baxımdan növbədənkənar Prezident seçkiləri, fikrimcə, məhz yeni dövrün başlanğıcı olacaq...

Prezident seçkilərinin keçirilməsi həm də ona görə zəruri idi ki, bu seçkilər qarşıda keçiriləcək növbəti seçkilərlə üst-üstə düşə bilərdi. Eyni zamanda, zənnimcə, Konstitusiyada müvafiq düzəliş və dəyişikliklər də olmalıdır. Və bundan ötrü də gərək öncə Prezident seçkiləri keçirilsin. Daha sonra da Konstitusiyaya düzəliş və dəyişikliklər məsələsi həllini tapsın. Ardınca isə parlament və bələdiyyə seçkiləri keçirilsin. Əsas məsələ bundan sonra bir dövlət olaraq qarşımızdakı hədəfləri müəyyənləşdirməkdir...

Və onu da deyim ki, 1988-ci ildən bu günədək keçdiyimiz müstəqil Azərbaycan dövlətçiliyinin bərpası və inkişafı yolunda ən birinci mərhələ Azərbaycanın dövlət müstəqilliyini əldə etmək idi. İkinci mərhələ Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini bərpa olunması oldu. Üçüncü mərhələ isə, fikrimcə, böyük, güclü və demokratik Azərbaycan dövlətinin bərqərar edilməsi olmalıdır”.

“Yəqin ki, seçici kimi Prezident seçkilərinə qatılacaqsınız?” sualını isə həmsöhbətimiz qısaca cavablandırıb:

“Təbii ki, seçkilərdə həmişə iştirak etmək lazımdır. Seçkilərdə iştirak etməmək sanki həmin seçkilərin taleyini başqalarının ixtiyarına buraxmaq kimi bir şeydir...”

Geri qayıt