Əsas Səhifə > Partiya, Güney Press > İlqar Məmmədov Türkiyənin AŞPA-dakı deputatlarını tənqid etdi
İlqar Məmmədov Türkiyənin AŞPA-dakı deputatlarını tənqid etdi25-01-2024, 11:51 |
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin bir il müddətinə Assambleyadan uzaqlaşdırılmasına dair qətnamə qəbul edib. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də bəyanat yayaraq, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiklərini bildiriblər. Yeniavaz.com xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov öz sosial şəbəkə hesabında məsələyə münasibət bildirib və AŞPA-dakı Türkiyə nümayəndə heyətini Azərbaycanı lazımınca müdafiə etməməkdə ittiham edib. “Dünən Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan mümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş biraz açıq danışsaydılar. Qəliz susdular”, - İlqar Məmmədov bildirib. Geri qayıt |